Icma.az
close
up
RU
Qayıdış ədalətin bərpasıdır!

Qayıdış ədalətin bərpasıdır!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır

Azərbaycan həm tarixinə, həm də coğrafiyasına görə çox zəngin bir ölkədir. Xalqımız və dövlətçilik ənənəmiz minilliklərə söykənir. Bu tarix ərzində dəfələrlə haqsızlığa, ikili standarta, diskriminasiyaya, hətta sürgünə və deportasiyaya məruz qalmışıq. Uzaq tarixə getməyə ehtiyac yoxdur - ötən yüzillikdə baş verənlər söylədiklərimizi bir daha təsdiqləyir. Həm AXC dövründə, həm də sonradan Sovet İttifaqı vaxtı Azərbaycan torpaqları Ermənistana verilib və ya zorla birləşdirilib. Bir əsr boyunca dəfələrlə Azərbaycanın tarixi torpaqlarında yaşayan soydaşlarımız köçürülməyə, deportasiyaya məruz qoyulub, öz tarixi torpaqlarından zorla çıxarılıblar.

XX əsrin əvvəllərində və ortalarında baş verən hadisələr - süni sərhədlərin çəkilməsi, torpaqların bölünməsi və insanların doğma yurdlarından zorla köçürülməsi bu xalqın yaddaşında silinməz iz buraxıb. Zəngəzur, Göyçə, Dərələyəz, Basarkeçər, Vedibasar kimi bölgələr əsrlərlə Azərbaycan türklərinin yurdu olub. Ancaq bu ərazilər mərhələlərlə azərbaycanlılardan təmizlənib, toponimlər dəyişdirilib, tarixi izlər silinib. XX əsrin sonunda, xüsusilə 1988-1991-ci illərdə isə sonuncu böyük deportasiya dalğası yaşanıb - yüzminlərlə azərbaycanlı dədə-baba yurdlarını tərk etməyə məcbur edilib.

Bu gün isə vəziyyət və mənzərə tam fərqlidir. Azərbaycan artıq öz ərazi bütövlüyünü bərpa edib, regionda yeni siyasi və təhlükəsizlik reallıqları formalaşıb. Qərbi Azərbaycandan olan soydaşlarımızın öz torpaqlarına qayıtmaq arzusu da bu yeni mərhələnin təbii nəticəsidir. Bu, revanş deyil - ədalətin bərpasıdır. İnsanların doğma torpaqlarına dönməsi onların təbii və beynəlxalq hüquqla təsbit olunmuş haqqıdır.

Tarixin təhrifinə son qoyulmalıdır: Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır

Uzun illər ərzində Ermənistan və onun diaspor təşkilatları Azərbaycanın zəngin tarixini təhrif etməyə, tarixi faktları saxtalaşdırmağa çalışıblar. Təkcə torpaqlar işğal olunmayıb - onlar həm də tarixi və yaddaşı da işğal etməyə, onları silib yenidən və yalanlarla dolu bir şəkildə yazmağa niyyətləniblər. Qədim Azərbaycan şəhərlərinin, kəndlərinin, dağlarının və çaylarının adları dəyişdirilib, məscidlər, qəbiristanlıqlar və tarixi abidələr ya dağıdılıb, ya da “erməni mədəni irsi” kimi təqdim edilib. Bu isə sadəcə toponimlərin dəyişdirilməsi deyil, mədəni soyqırımı idi. Erməniləşdirmə siyasəti sistemli şəkildə həyata keçirilib - məktəblərdə, xəritələrdə, hətta beynəlxalq təşkilatların sənədlərində belə saxtalaşdırılmış məlumatlar yer alıb. Erməni lobbisinin illərlə apardığı bu təbliğat Azərbaycanın səsini beynəlxalq aləmdə boğmaq məqsədi daşıyırdı.

Lakin tarix həqiqətdən qaça bilməz. Azərbaycan xalqı böyük sivilizasiyanın daşıyıcısıdır. Onun dövlətçilik ənənəsi çox qədimlərə söykənir. Bizim xalqımız qurucu və yaradıcı xalqdır. Qərbi Azərbaycandan köçürülən soydaşlarımız da məhz belə insanlar idi - onlar öz kəndlərini, məktəblərini, məscidlərini, yollarını öz əlləri ilə salmışdılar. Bu gün onların övladları da həmin torpaqlara sülh və birgəyaşayış ideyası ilə qayıtmaq istəyirlər.

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Prezident İlham Əliyev Azərbaycan tarixindən söz açaraq Ermənistan və erməni lobbisi tərəfindən zəngin tariximizin təhrif olunduğunu təəssüf hissi ilə bildirib. Dövlət başçısı deyib ki, biz öz tariximizi tədqiq və təbliğ etməliyik. Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bizim zəngin tariximizi bilməlidirlər: “Bilməlidirlər ki, Azərbaycan xalqının tarixi, dövlətçilik tariximiz, xalqımızın qurub-yaratma qabiliyyəti çoxəsrlidir. Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar”.

Qərbi azərbaycanlıların qayıdışı - təbii və hüquqi haqq...

Qərbi azərbaycanlıların qayıdışı Ermənistan üçün təhlükə deyil. Əksinə, bu, regionda davamlı sülhün və etimadın bərqərar olması üçün mühüm şərtdir. Azərbaycanlılar yalnız öz doğma yurdlarına dönmək istəyirlər. Azərbaycan xalqı heç vaxt separatizm, etnik təmizləmə və ya revanşizm kimi mənfi hallarla yadda qalmayıb. Bizim dövlətçilik fəlsəfəmiz multikulturalizm, tolerantlıq və qonşuluq dəyərləri üzərində qurulub. Məhz bu səbəbdən də Azərbaycan dövləti Qərbi azərbaycanlıların qayıdışını sülh çərçivəsində, beynəlxalq hüquq normalarına uyğun şəkildə həyata keçirmək niyyətindədir. Ermənistan dövləti bundan qorxmamalı, əksinə, bunu qarşılıqlı etimadın bərpası üçün imkan kimi dəyərləndirməlidir. Çünki bir xalqın tarixi hüququ tanınmadan, əzəli yurduna qayıtmasına şərait yaradılmadan bölgədə real sülhdən danışmaq mümkün deyil. Dövlət başçısı bildirib ki, azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar: “Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq. Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”.

Həqiqətlərin bərpası üçün: elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi...

Qayıdış prosesi təkcə siyasi və diplomatik məsələ deyil - bu həm də elmi, mədəni və ictimai mübarizədir. Tarixi saxtalaşdırmalara qarşı elmi faktlarla cavab verilməli, arxiv sənədləri, xəritələr, xatirələr, etnoqrafik məlumatlar üzə çıxarılmalıdır. Hər bir tədqiqatçı, alim, jurnalist, ictimai xadim bu istiqamətdə üzərinə düşən işi görməlidir. Qeyd edək ki, artıq bu istiqamətdə mühüm addımlar atılır. Qərbi Azərbaycan İcması və digər ictimai təşkilatlar beynəlxalq təşkilatlarla təmaslar qurur, sənədlər toplayır, konfranslar keçirir. Bir müddət öncə Azərbaycanın bir qrup ictimai fəalı İrəvana səfər edib. Bu, təmasların bərpası və qarşılıqlı etimadın formalaşması baxımından mühüm simvolik addım idi.

Paralel şəkildə bu mövzu elmi müstəviyə də daşınmalıdır: yeni tədqiqat əsərləri, monoqrafiyalar, sərgilər və təqdimatlar keçirilməli, beynəlxalq elmi jurnallarda məqalələr dərc olunmalıdır. Dünyanın aparıcı universitetlərində Qərbi Azərbaycan tarixi, İrəvan xanlığı, deportasiyalar və etnik təmizləmələr mövzusunda dərslər və seminarlar təşkil edilməlidir. Prezident İlham Əliyev çıxışında bildirib ki, biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür: “İctimai təşkilatlar və eyni zamanda, Azərbaycan alimləri, mən bilirəm və izləyirəm ki, bu istiqamətdə bir çox elmi əsərlər yaradıb. Onların sayı daha çox olmalıdır. Həm elmi əsərlər, sərgilər, təqdimatlar, tarixi xəritələrin dərc edilməsi”.

Faktlar susmur: indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir

Tarixi sənədlər, xəritələr və arxiv materialları sübut edir ki, indiki Ermənistan ərazisində Azərbaycan xalqı əsrlərlə yaşayıb. XIX əsrin əvvəllərinə qədər bu torpaqlarda azərbaycanlılar əhalinin əksəriyyətini təşkil edirdilər. Çar Rusiyasının 1828-ci il Türkmənçay müqaviləsindən sonra həyata keçirdiyi ermənilərin İran və Osmanlı torpaqlarından kütləvi köçürülməsi siyasəti bu tarixi nisbəti süni şəkildə dəyişmək cəhdi idi. Bu, regionun etnik və dini tərkibini məqsədli şəkildə dəyişmək planı idi.

Xəritələrdə və arxivlərdə olan toponimlər - Zəngibasar, Göyçə, Ağbulaq, Dərəçiçək, Qarakilsə, Vedibasar, Basarkeçər kimi adlar hamısı Azərbaycan mənşəlidir. Bu, bizim tariximizin danılmaz sübutlarıdır. Tarixi saxtalaşdırmaq mümkün olsa da, onu silmək mümkün deyil. Bu gün bu faktların sistemli şəkildə toplanması, beynəlxalq səviyyədə təqdim edilməsi Ermənistanın apardığı təbliğatın qarşısını almağın yeganə effektiv yoludur.

Dövlət başçısı nitqində qeyd edib ki, təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir: “O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib. Həmin o çar Rusiyası ki, vaxtilə erməniləri İrandan və Şərqi Anadoludan gətirərək bizim Qarabağ torpağında yerləşdirib ki, burada etnik və dini tərkib dəyişsin. Yəni, bu xəritələr tamamilə tarixi həqiqətə əsaslanan xəritələrdir. Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik”.

Tarixi doğru yazmaq üçün: elmi əsərlər, hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır...

Bu gün aparılan fəaliyyətin ən mühüm hissəsini məhz təbliğat təşkil etməlidlir - Azərbaycan tarixinin düzgün yazılması, onun təbliği və gənc nəslə çatdırılması strateji məsələdir. Gənclər bilməlidirlər ki, bugünkü müstəqil Azərbaycanın gücü, bütövlüyü və suverenliyi əsrlərlə aparılan mübarizənin nəticəsidir. Bu istiqamətdə daha çox elmi əsərlərə, sənədli filmlərə, kitabçalara və sərgilərə ehtiyac var. Hər bir məktəbdə, universitetdə, kitabxanada Qərbi Azərbaycan tarixi ayrıca öyrədilməlidir. Gənclər anlamalıdırlar ki, qayıdış ideyası təkcə fiziki deyil - həm də mənəvi və milli dirçəlişin simvoludur. Prezident vurğulayıb ki, daha çox elmi əsərlər, daha çox, hətta kiçikhəcmli bukletlər hazırlanmalıdır ki, həm Azərbaycan gəncləri öz tarixini yaxından bilsinlər, həm dünya ictimayyəti bilsin və eyni zamanda, indiki Ermənistana bizim qayıdışımız da tamamilə məntiqli və ədalətli səslənsin: “Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.

Xalqımız bu torpaqlarda yaşayıb və yenidən yaşayacaq

Azərbaycanlıların indiki Ermənistana, daha doğrusu, zorla qovulduğu torpaqlara qayıdışı nə revanşdır, nə də siyasi iddia. Bu, sadəcə tarixi ədalətin bərpasıdır. Qərbi azərbaycanlıların öz doğma yurdlarına dönməsi regionda real və davamlı sülhün əsas şərtidir. Ermənistan xalqı və dövləti bundan qorxmamalıdır - çünki bu qayıdış sülh, birgəyaşayış və ədalət ideyasına əsaslanır. Güclü və qalib Azərbaycan dövlətinin qayəsi birdir - Azərbaycan xalqı əsrlərlə bu torpaqlarda yaşayıb və yenidən yaşayacaq. Çünki tarix, ədalət və həqiqət bu torpaqların kimə məxsus olduğunu çoxdan göstərib.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Noyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see212

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see208

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see200

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see188

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see181

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see172

Mirədalət Talışxanova hökm oxundu

04 Noyabr 2025 17:57see153

Gülnarə Xəlilovanın kolleksiyaları Rumıniya Parlament Sarayında təqdim olunub dizayner nüfuzlu mükafata layiq görülüb FOTO

03 Noyabr 2025 18:46see149

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see140

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see138

Səmaya nəzarət: JF 17 ilə Su 30 qarşı qarşıya Qafqazın həqiqi sahibi kimdir?

04 Noyabr 2025 12:18see138

Finlandiya Prezidenti: Zelenski və Putinin G20 sammitində görüşü mümkündür

04 Noyabr 2025 01:53see136

Yaponiya Kremlə zərbə endirir...

04 Noyabr 2025 21:47see134

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see132

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see128

Keçmiş qayınanam üçün darıxıram

03 Noyabr 2025 19:48see128

İsraildə terrorçuların edam edilməsi haqqında qanun təsdiqlənib

04 Noyabr 2025 04:28see127

Yəməndə Əl Qaidə komandiri öldürülüb

05 Noyabr 2025 00:52see124

25 ildən sonra insanlar necə görünəcək? Mütəxəssislərdən xəbərdadlıq

03 Noyabr 2025 20:00see123

ÇL: “Bavariya” PSJ ni , “Liverpul” “Real”ı məğlub edib YENİLƏNİB

05 Noyabr 2025 02:03see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri