Azad ərazilərdə 7000 dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Icma.az bildirir, Ayna portalına istinadən.
Bunların 3000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” kimi inkişafına dair siyasətinə uyğun olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji potensialından istifadənin genişləndirilməsi ilə yanaşı, enerji səmərəliliyini təmin edən müasir texnologiyaların tətbiqi də ardıcıl şəkildə həyata keçirilir. Bu çərçivədə ənənəvi işıqlandırma sistemləri ilə müqayisədə az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı texniki xidmət xərcləri ilə seçilən LED texnologiyaları yaşıl enerji zonalarının dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir.
Energetika Nazirliyindən AYNA.AZ-a bildirilib ki, müasir şəhərsalma və yaşayış məntəqələrinin infrastrukturunun tərkib hissəsi kimi LED əsaslı və günəş enerjisi ilə çalışan hibrid işıqlandırma sistemləri hazırda azad edilmiş ərazilərdə geniş şəkildə tətbiq olunur. İndiyədək bu ərazilərdə 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bunların təqribən 40 faizi, yəni 3000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocalı, Laçın, Ağdərə və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə edilir. Bir sıra yaşayış məntəqələrində isə monokristal günəş panelləri ilə təchiz edilmiş, avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılıb ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma endirilməsinə imkan yaradır. Bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə davam etdirilməsi fonunda, bu göstəricilərin növbəti illərdə daha da artacağı gözlənilir.
Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2-5 faizini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəş enerjisi əsaslı sistemlərə keçid nəticəsində bu göstərici 2 dəfə azalmışdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 06 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















