NİİM tərəfindən LED işıqlandırma ilə təchiz olunan yeni işıqforlar quraşdırılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 14 noyabr, AZƏRTAC
Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, sürücü və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə kəsişmədə NİİM tərəfindən LED işıqlandırma ilə təchiz olunan yeni işıqforlar quraşdırılıb.
Sürücülərin daha aydın görmələri üçün “L” və “A” tipli olmaqla piyada bölməli ümumilikdə 16 işıqfor hərəkət iştirakçılarının istifadəsinə verilib.
Qeyd edək ki, işlər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin layihəsi əsasında həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:Bakıda svetoforlara yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan velospied bölmələri quraşdırılıb
05 May 2025 16:45
Paytaxtda yeni işıqforlar quraşdırılıb
10 Yanvar 2025 10:09
NİİM: Bu yollarda yeni piyada svetoforları quraşdırılıb
11 Dekabr 2024 10:17
8 Noyabr prospektində yeni işıqforlar quraşdırılıb
29 Noyabr 2024 10:46
Baxış sayı:27
Bu xəbər 14 Noyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















