Icma.az
close
up
RU
Azad edilmiş ərazilərdə 7000 dən çox qurğu quraşdırılıb

Azad edilmiş ərazilərdə 7000 dən çox qurğu quraşdırılıb

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər “Yaşıl Enerji Zonası” elan edilmişdir. Bu məqsədlə 3 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Yaşıl Enerji Zonası yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanıb.

Bu fikirləri Ölkə.az-a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kamal Hacıyev bildirib.

Onun sözlərinə görə, sözügedən Sərəncamdan irəli gələrək, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının formalaşdırılması məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması ilə konseptual yanaşma hazırlanıb. Bu konsepsiyanın əsas məqsədi enerji səmərəli texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrindən geniş istifadə olunması, karbon emissiyalarının azaldılması, eləcə də ağıllı şəhər, kənd və qəsəbə modellərinin formalaşdırılmasıdır.

Bu çərçivədə LED əsaslı işıqlandırma texnologiyaları müasir şəhərsalma və yaşayış məntəqələrinin infrastrukturunun ayrılmaz tərkib hissəsinə çevrilib. LED texnologiyaları ənənəvi işıqlandırma sistemləri ilə müqayisədə daha az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı texniki xidmət xərcləri ilə seçilir ki, bu da yaşıl enerji zonalarının dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir.

Beynəlxalq təcrübəyə əsasən, kənd yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2–5 faizini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəş enerjisi əsaslı işıqlandırma sistemlərinə keçid nəticəsində bu göstərici 1–2 faizə qədər azalıb.

İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində LED əsaslı və günəş enerjisi ilə çalışan hibrid işıqlandırma sistemlərinin tətbiqi geniş vüsət alıb. Ağdam, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Laçın və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə olunur. Bir sıra yaşayış məntəqələrində monokristal günəş panelləri ilə təchiz edilmiş, avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılmışdır ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma endirilməsinə imkan yaradır.

Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bunların təqribən 40 faizi, yəni 3 000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə davam etdirilməsi fonunda bu göstəricilərin növbəti illərdə daha da artacağı gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Yanvar 2026 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri