Icma.az
close
up
RU
Azad İstehlakçılar İctimai Birliyi yeni layihəyə başladı

Azad İstehlakçılar İctimai Birliyi yeni layihəyə başladı

Metbuat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azad İstehlakçılar" İctimai Birliyi yeni layihəyə start verib.

Metbuat.az xəbər verir ki, "Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 1 iyun 2025-ci il tarixindən “Tullantıların bələdiyyə–icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsinin icrasına başlayıb. Layihənin müddəti 4 aydır.

Layihə Beyləqan rayonunun Dünyamalılar, Kəbirli, Yuxarı Aran və Şəfəq qəsəbələri, həmçinin Tərtər rayonunun Buruc, Güləbatlı, Kəbirli və Qaradağlı kəndlərini əhatə edir.

Məqsəd bu kəndlərdə tullantıların idarə olunmasında bələdiyyə–icma əsaslı modelin tətbiqi ilə daha təmiz və davamlı ətraf mühitin yaradılması, yerli bələdiyyə və icma üzvlərinin bilik və bacarıqlarının artırılması, onların birgə fəaliyyətinin təşviqi ilə ətraf mühitin mühafizəsinə töhfə verməkdir.

Hədəf qruplarının seçimi zamanı aşağıdakı meyarlar əsas götürülüb:

Hər icmada 12 nəfərdən ibarət təşəbbüs qruplarının yaradılması;
Liderlik və təşəbbüskarlıq bacarıqları (icma problemlərinə həssas yanaşan və dəyişiklik təşəbbüsü göstərə bilən şəxslər);İcma ilə güclü əlaqələrə malik olmaq;Mövcud bilik və təcrübə (ekoloji məsələlər üzrə məlumatlılıq);Məsuliyyətli və nüfuzlu şəxslər;Qadınlar, gənclər, yaşlılar və həssas qrupların təmsilçiliyi;Ekoloji maariflənməyə ehtiyac;Resursların idarə olunması bacarığı;Davamlılıq prinsiplərinə uyğunluq (tullantıların davamlı idarə olunmasına töhfə vermək).

Təşəbbüs qruplarına “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri”, “Tullantıların azaldılmasında 3R prinsipi” və “Kompostlaşdırma və orqanik tullantıların idarəsində COP yanaşması” mövzularında 3 günlük təlimlər keçiriləcək.

Layihədən gözlənilən nəticələr:

Təlim iştirakçılarına “Təmiz və sağlam gələcək üçün birlikdə” adlı maarifləndirici bukletlər paylanacaq;
İcma üzvlərinin tullantıların təsiri və düzgün idarə olunması ilə bağlı məlumatlılıq səviyyəsi artacaq;Plastik, üzvi və digər tullantıların miqdarı azalacaq;İcma üzvlərində tullantılara qarşı daha məsuliyyətli yanaşma formalaşacaq;Ətraf mühitin qorunması təşəbbüsləri güclənəcək.

Təlimlər zamanı çəkilən foto və videolar sosial şəbəkələrdə paylaşılacaq və AİİB-in 20 rayon nümayəndəliyinə təqdim ediləcək. Layihə müddətində əldə olunan təcrübə və nəticələrin digər bölgələrdə də tətbiqi üçün xüsusi tövsiyələr hazırlanacaq.

Layihənin rəhbəri Eyyub Hüseynovdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 02 İyun 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri