Icma.az
close
up
RU
“Azad İstehlakçılar”İctimayi Birliyi yeni layihənin icrasına başlayıb

“Azad İstehlakçılar”İctimayi Birliyi yeni layihənin icrasına başlayıb

Icma.az bildirir, Azpost portalına istinadən.

“Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tullantıların bələdiyyə – icma əsaslı idarə edilməsi modeli üzrə maarifləndirmə tədbirləri” layihəsinin icrasına 01 iyun 2025-ci il tarixindən start vermişdir.

Bu barədə layihə rəhbəri Eyyub Hüseynov məlumat verib. Onun sözlərinə görə, layihənin icra müddəti 4 aydır. Layihə Beyləqan (Dünyamallar, Kəbirli, Yuxarı Aran qəsəbəsi, Şəfəq qəsəbəsi) və Tərtər (Buruc, Gülabadlı, Kəbirli, Qaradağlı kəndləri) rayonlarının hər birinin 4 kəndində tullantıların idarə edilməsində bələdiyyə – icma əsaslı modelin tətbiq edilməsi ilə daha təmiz və davamlı ətraf mühitin yaradılmasında bacarıqların inkişaf etdirilməsi, yerli bələdiyyələrin və icma üzvlərinin tullantıların düzgün idarə olunması sahəsində bilik və bacarıqlarını artırmaq, onların birgə fəaliyyətini təşviq etməklə ətraf mühitin mühafizəsinə töhfə verməyə fokuslanmışdır.

Hədəf qruplarının seçilməsində aşağıdakı göstəricilər nəzərə alınmışdır:
a. İlkin mərhələdə 8 hədəf icmanın hər birində 12 nəfər aktiv icma və bələdiyyə üzvlərindən ibarət təşəbbüs qrupları yaradılacaq. Liderlik və təşəbbüskarlıq bacarıqları (icmanın problemlərinə həssas yanaşan və dəyişikliklərə təşəbbüs göstərə bilən);
b. İcma ilə yaxınlıq əlaqələri (yerli əhali ilə güclü əlaqələri olan şəxslər);
c. Təcrübə və bilik səviyyəsi (ekoloji problemlər sahəsində məlumatı olan şəxslər və sair);
d. Məsuliyyət və nüfuz;
e. Müxtəliflik və təmsilçilik (qadınlar, gənclər, yaşlılar və həssas qruplar);
f. Ekoloji maariflənmə ehtiyacı;
g. Resursların idarə olunması bacarığı;
h. Davamlılıq prinsipi (tullantıların davamlı idarə edilməsinə töhfə vermə).

Təşəbbüs qruplarının hər birinə “Tullantıların idarə olunmasında icma əsaslı yanaşmanın üstünlükləri”, “Tullantıların azaldılmasında “3R” prinsipi tətbiqinin əhəmiyyəti” və “Kompostlaşma və orqanik tullantıların idarə edilməsində COP yanaşmalarından irəli gələn müvafiq meyarlara üstünlük verilməsi” mövzularında 3 günlük təlim keçiriləcəkdir.

Layihənin icrasından gözlənilən nəticələr:

Təlim iştirakçılarına “Təmiz və sağlam gələcək üçün birlikdə” mövzusunda buklet paylanacaq; İcma sakinlərinin tullantıların idarə olunmasında iştiraklılıq səviyyəsi artacaq; İcma sakinləri tullantıların təsiri və düzgün idarə olunması barədə məlumatlılığı artıracaq; Ətraf mühitin çirklənməsinə səbəb olan plastik, üzvi və digər tullantıların miqdarı azalacaq; İcma üzvlərinin tullantılarla bağlı daha məsuliyyətli davranışı müşahidə olunacaq; Layihə nəticəsində ətraf mühitin qorunması təşəbbüsləri artacaq.

Təlimlərdən çəkiləcək foto və videolar sosial şəbəkələrdə təşviq ediləcək və AİİB-in 20 rayon nümayəndəliyinə yayılacaqdır. Layihə müddətində əldə olunan nəticələrin digər bölgələrdə də tətbiqi üçün tövsiyələr hazırlanacaqdır.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azpost.info
archiveBu xəbər 03 İyun 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri