Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi yeni layihəyə başladı FOTO

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi yeni layihəyə başladı FOTO

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Məlum olduğu kimi, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi 2025-ci il kiçik qrant müsabiqəsi çərçivəsində “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsinin qalibi olub.

Bakupost.az xəbər verir ki, üç ay müddətinə ( 01.06.2025 – 31.08.2025) gerçəkləşəcək layihənin hazırlıq işləri başa çatdırılıb. İyulun 19-da ASCO-ya məxsus “Suraxanı” gəmi-muzeyində “Şəhid ailələri və müharibə iştirakçıları ilə iş” layihəsi çərçivəsində ilk tədbir keçirilib.

İctimai Birliyin Analitik-İnformasiya şöbəsindən redaksiyamıza verilən xəbərə görə tədbir iştirakçıları olan şəhid ailələri və müharibə iştirakçıları ilk olaraq gəmi-muzeyi ekskursiya ediblər. Muzeyin əməkdaşı Əliağa Səfərovun bələdçiliyi ilə şəhid ailələri və müharibə iştirakçılar gəmi-muzeyinin zəngin eksponatları ilə tanış olaraq, Azərbaycan gəmiçiliyinin tarixi keçmişinə səyahət ediblər.

İctimai Birliyin sədri, tanınmış şair, AXDG QSC-nin DND -nın gəmi kapitanı, layihənin rəhbəri Faiq Balabəyli tədbirlə bağlı bunları deyib:

“Yüksək səviyyədə baş tutan Tədbirdə əsasən dənizçi şəhidlərin ailə üzvləri və qazilərimiz iştirak edirdi. 100 nəfərə yaxın iştirakçılar əvvəlcə gəmi-muzeyi ekskursiya ediblər”.

Tədbirin davamı “Suraxanı” gəmi muzeyinin restoranında davam etdirilib. İlk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycanın dövlət himni səsləndirilib.

Layihə rəhbəri, “DSD”İB-nin sədri Faiq Balabəyli qonaqları salamlayıb, şəhid analarına, ailə üzvlərinə, qazilərimizə onlarla qürur duyulduğunu və bunun daima belə olacağını deyib. Layihənin əsas məqsədi haqda danışaraq icrası 3 ay davam edəcək layihənin Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə gerçəkləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Gəmi-muzeyin fəaliyyəti haqda da bəhs edən layihə rəhbəri yaradılan şəraitə görə ASCO rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Milli Məclisin üzvü, tanınmış ictimai-siyasi xadim Vüqar Rəhimzadə çıxışında torpaqlarımızın azadlığı uğrunda döyüşən insanlarımızın adının daima uca tutulacağını, onların bütün dövrlərdə qəhrəmanlıqlarından bəhs ediləcəyini bildirib, Ali Baş Komandanın “dəmir yumruğ”unun və zamanında verilən əmrinin dəqiqliklə yerinə yetirildiyindən bəhs edib.

Belə tədbirlərin keçirilməsinin zəruri olduğunu deyən milli məclis üzvü dənizçilərimizin Azərbaycanın müstəqilliyi və ərazilərinin işğaldan azad edilməsində misilsiz qəhrəmanlıqlarından bəhs edib, Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin keçirdiyi tədbiri alqışlayıb.

“Adalia” Beynəlxalq Qadın Platformasının təsisçisi

və direktoru Dilşad xanım Əhədova, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, tanınmış jurnalist Fuad Hüseynzadə, “Yazarlar” jurnalının və eyni adlı xəbər portalının yaradıcısı və baş redaktoru, AYB üzvü, şair Zaur Ustac, Birinci Qarabağ müharibəsinin iştirakçısı XDND-nin gəmi kapitanı, qazi Elşad Qasımov, Vətən müharibəsi iştirakçısı, ADDA-nın müəllimi, qazi Ruslan Alicanov, ASCO Mühafizə MMC-dən olan qazi Nəsib Baxışov, 20 yanvar hadisələri zamanı Bakı buxtasında qəhrəmanlıq göstərən dənizçilərdən biri, hazırda xarici sularda fəaliyyət göstərən gəmi baş mühəndisi Malik Mikayılov, Qida təhlükəsizlik hərəkatının rəhbəri Məshəti Hüseynova, “Adalia” Beynəlxalq Qadın Platformasının əməkdaşı Alisa Nəzərova çıxış edərək şəhid ailələri və müharibə iştirakçılarına göstərilən qayğı və diqqətə görə Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinə təşəkkür ediblər.

Tədbirdə iştirak edən, Masallı rayonunun Şərəfə kəndindən gələn şəhid Kərimov Valehin nəvəsi Kərimli Mədinə babasının xatirəsini əziz tutduqlarına görə ailələri adından təşəkkür edib və şeir söyləyib.

Şəhid anası Flora xanım, şəhid İsgəndər Xankişiyevin bacısı Çimnaz Əsədova, qazi Zakir İsaqovun tələbə qızı Sevinc xanım, şəhid Vadim Seyidovun bacısı Dilarə xanım, şəhid İlyas Hüseynovun qızı Nişanə xanım və başqaları tədbirdə çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirdilər.

Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 23 İyul 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see277

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see272

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see219

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see211

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see207

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see197

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see193

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see189

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see181

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see168

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see155

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see154

Sabah paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq SİYAHI

19 Yanvar 2026 14:34see151

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see151

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see149

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see148

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see146

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see146

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri