Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək
Icma.az, Apa.az saytına istinadən bildirir.
İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
"Peşə təhsili haqqında" qanuna da uyğunlaşdırma xarakterli dəyişiklik təklif olunub.
Qanun qəbul ediləcəyi halda 2025-ci il sentyabrın 15-dən qüvvəyə minəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Azad olunmuş ərazilərdə məskunlaşanların peşə məktəblərində təhsil haqqını dövlət ödəyəcək
12 Fevral 2025 14:01
Peşə məktəblərində oxuyanların təhsil haqqını dövlət ödəyəcək
14 Aprel 2025 11:13
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
28 Fevral 2025 12:58
ŞAD XƏBƏR Onların təhsil haqqını dövlət ödəyəcək
01 Aprel 2025 13:52

