Azad olunmuş ərazilərdə xüsusi mühafizə olunan təbiət əraziləri üçün xəritələr tərtib olunacaq
Icma.az, Milli.az saytına istinadən bildirir.
Azərbaycanın işğaldan azad olunan ərazilərində mövcud olan xüsusi mühafizə olunan təbiət əraziləri üçün xəritələr tərtib olunacaq.
Trend-in əldə etdiyi məlumata görə, həmçinin, sözügedən ərazilərdə sanitariya-mühafizə zonası xəritələr də hazırlanacaq.
Belə ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidməti artıq bununla bağlı müvafiq işlərə yekun vurub.
Qurum qeyd olunan işlərin icrasını "Geodeziya və Kartoqrafiya Agentliyi" Publik Hüquqi Şəxsə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, agentliyə 38,6 min manat ödənilib.
Milli.Az

Deputat: İşğaldan azad edilmiş əraziləri üçün xüsusi vergi yanaşması olmalıdır
29 Noyabr 2024 16:31
Azad olunmuş ərazilərdə yaşayanların məşğulluğu üçün yeni imkan AÇIQLAMA
29 Noyabr 2024 12:40
Deputat: Azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün zəruri tədbirlər görülür
08 Yanvar 2025 19:31
Azad olunmuş ərazilərdə 155 mina zərərsizləşdirildi
18 Noyabr 2024 11:48
Azad olunmuş ərazilərdə kütləvi məzarlıq aşkarlandı
10 Mart 2025 11:27
