Icma.az
close
up
RU
Azad olunmuş torpaqların dirçəlişi: Diplomatiya və mədəniyyətin qovuşduğu məkan

Azad olunmuş torpaqların dirçəlişi: Diplomatiya və mədəniyyətin qovuşduğu məkan

Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

20 sentyabr Ağdərə, Xocavənd, Xankəndi və Xocalının azad edilməsinin ildönümü kimi Azərbaycan tarixində xüsusi yer tutur. Bu gün həm ərazi bütövlüyümüzün bərpasının, həm də xalqımızın milli qürurunun simvoludur. Azad edilmiş torpaqlar bu gün yalnız dirçəlmə və bərpa mərhələsindən keçmir, həm də beynəlxalq tədbirlərin mərkəzinə çevrilərək Azərbaycanın qlobal arenadakı mövqeyini möhkəmləndirir.

Bir vaxtlar faciələrin rəmzinə çevrilmiş Xankəndi bu gün artıq regional əməkdaşlıq və beynəlxalq dialoqun yeni məkanına çevrilib. Burada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sammiti şəhərin yeni statusunu təsdiqlədi. Prezident İlham Əliyevin dediyi kimi: “Biz azad olunmuş torpaqları bərpa etməklə yanaşı, onları beynəlxalq əməkdaşlıq məkanına çeviririk. Xankəndi bu gün regionun mühüm siyasi mərkəzi kimi formalaşır”.
Sammitdə iştirak edən dövlətlərin nümayəndələri Azərbaycanın regionda yaratdığı yeni reallığı qəbul etdiklərini nümayiş etdirdilər.
Beynəlxalq media forumunun Şuşada keçirilməsi, lakin Xankəndidən başlanması xüsusi məna daşıyır. Azərbaycanın mədəniyyət paytaxtı ilə Xankəndinin birgə təqdimatı milli-mənəvi dəyərlərin və müasir diplomatik təşəbbüslərin birləşdiyini göstərir. Prezident İlham Əliyevin sözləri ilə: “Şuşa bizim mədəniyyətimizin simvoludur, Xankəndi isə bu gün yeni siyasi və diplomatik mərkəzə çevrilir. Bu şəhərlər birlikdə Azərbaycanın gücünü, həm keçmişini, həm də gələcəyini nümayiş etdirir”.
Son aylarda Xankəndidə keçirilən tədbirlər şəhərin tədricən beynəlxalq status qazanmasına dəlalət edir. Burada keçirilən görüşlər, sammitlər və forumlar Azərbaycanın yalnız region üçün deyil, həm də qlobal əməkdaşlıq üçün mühüm tərəfdaş olduğunu təsdiqləyir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki: “Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycanın yaratdığı reallıq bütün region dövlətlərinin maraqlarına xidmət edir”.
Bu gün Xankəndi sadəcə bərpa olunmuş şəhər deyil. O, quruculuğun, diplomatiyanın və beynəlxalq etirafın simvoluna çevrilib. Şəhərin cazibə mərkəzinə çevrilməsi Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi hərbi qələbəni davamlı siyasi və diplomatik uğurlara çevirdiyini göstərir.
20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü bu mənada yalnız tarix deyil, həm də gələcəyin rəmzidir. Xankəndi artıq yeni bir dövrün, Cənubi Qafqazda sülhün və əməkdaşlığın bir təzahürüdür.

Sevinc Fətəliyeva
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Sentyabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri