Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Azad torpaqların yaşıl dirçəlişi: Botanika İnstitutunda Zəfər Gününə həsr olunmuş forum

Azad torpaqların yaşıl dirçəlişi: Botanika İnstitutunda Zəfər Gününə həsr olunmuş forum

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 8 Noyabr – Zəfər Gününün altıncı ildönümünə həsr olunmuş “Azad ərazilərdə yaşıllıq siyasəti: çağırışlar və perspektivlər” mövzusunda elmi-praktik forum keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb.

O vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və xalqımızın sarsılmaz birliyi nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanıb. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın gücünü, xalq-ordu birliyini və milli iradəsini bütün dünyaya nümayiş etdirib. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızın çoxəsrlik tarixində mühüm dönüş nöqtəsi olmaqla, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını təmin edib.

Səyyarə İbadullayeva qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur zəngin təbii sərvətləri, özünəməxsus flora və bitki müxtəlifliyi ilə seçilən ərazilərdir. Uzun illər davam edən işğal nəticəsində bu bölgələrin meşə fonduna, bitki örtüyünə və təbii ekosistemlərinə ciddi ziyan dəyib. Hazırda həmin ərazilərdə ekoloji tarazlığın bərpası, meşə və yaşıllıq sahələrinin genişləndirilməsi, nadir bitki növlərinin qorunması mühüm əhəmiyyət daşıyır.

Direktor bildirib ki, azad edilmiş ərazilərdə yaşıllıq siyasətinin elmi əsaslarla həyata keçirilməsi, yerli bitki növlərinin öyrənilməsi və təbii ekosistemlərin bərpası qarşıda duran əsas vəzifələrdəndir. Botanika İnstitutu bu istiqamətdə elmi tədqiqatların aparılmasına, bitki müxtəlifliyinin müəyyənləşdirilməsinə və mühafizə tədbirlərinin elmi əsaslarının hazırlanmasına xüsusi diqqət yetirir.

O, həmçinin diqqətə çatdırıb ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri yalnız infrastrukturun yenilənməsi ilə məhdudlaşmamalı, həm də təbiətin əvvəlki zənginliyinin bərpasını əhatə etməlidir. Bu baxımdan, ərazilərin torpaq-iqlim xüsusiyyətlərinin nəzərə alınması, iqlim şəraitinə uyğun ağac və kol növlərinin seçilməsi, yerli bitki genofondunun qorunması vacibdir. Alimlərin qarşısında duran əsas vəzifələrdən biri elmi nəticələri praktiki fəaliyyətə tətbiq etməklə azad torpaqların ekoloji cəhətdən sağlam və yaşıl gələcəyinə töhfə verməkdir.

Forumda işğaldan azad edilmiş ərazilərdə yaşıllıqların bərpası, bitki müxtəlifliyinin qorunması, ekoloji problemlərin həlli yolları, elmi tədqiqatların bu sahədə rolu və gələcək perspektivlər müzakirə olunur.

Müxbir-Tünzalə Arazlı

Videooperator-Vüsal Tağıyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Noyabr 2026 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri