Icma.az
close
up
RU
Azad Qarabağda “yaşıl texnologiya”lar

Azad Qarabağda “yaşıl texnologiya”lar

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İşğaldan azad edilmiş ərazilərdə “yaşıl texnologiya”ların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə işçi qrupun 10-cu iclası keçirilib.

İşçi qrupunun sədri, energetika naziri Pərviz Şahbazov ölkə Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən danışıb. Bildirilib ki, ölkəmizin sosial-iqtisadi inkişafının və Böyük Qayıdışın davamlılığının təmin edilməsi məqsədilə hazırlanmaqda olan yeni strateji sənədlərdə “yaşıl texnologiya”ların təşviqi, ərazilərdə enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi mühüm istiqamətlər kimi nəzərdə tutulur.

İclasda işçi qrupun əvvəlki iclasında qəbul edilmiş qərarların icrasına dair məlumat verilib, “yaşıl enerji” zonasının yaradılması üzrə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. Bununla yanaşı, Şuşa, Kəlbəcər və Cəbrayıl şəhərləri, Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərində, eləcə də Laçın və Kəlbəcərdə olan su elektrik stansiyalarında aparılmış monitorinqlərin nəticələri nəzərdən keçirilib.

Horovlu kəndində 334 fərdi yaşayış evində damüstü günəş panellərinin şəbəkəyə qoşulması üzrə atılmış addımlar, Şuşa və Laçın şəhərləri, həmçinin Zabux kəndinin əhalisi üçün təşkil edilmiş bərpaolunan enerji mənbələrindən istifadəyə dair praktiki tövsiyələri əhatə edən maarifləndirilmə tədbirləri haqqında məlumat verilib. Binalarda yüksǝk enerji sǝmǝrəliliyini tǝmin etmǝk mǝqsǝdilǝ görülmüş tədbirlər, ərazidə quraşdırılmış LED işıqlandırma dirəkləri, günəş əsaslı hibrid işıqlandırma qurğuları, elektrik doldurma məntəqələri, istismar edilən elektrikli avtobuslar və ictimai binalarda quraşdırılmış günəş panellərinin statistikası təqdim edilib.

İclasda işğaldan azad edilmiş ərazilərdə ekoloji baxımdan mütərəqqi həllərin tətbiqi, enerji istehlakında qənaət imkanlarının genişləndirilməsi, pilot layihələrin həyata keçirilməsi, müasir texnologiyaların sınaqdan keçirilməsi, həmçinin monitorinq və uçot mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.

Toplantıda işçi qrupuna üzv dövlət qurumları ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin və “Bərpa Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxslərin, eləcə də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “Azəristiliktəchizat” ASC-nin nümayəndələri iştirak ediblər.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri