Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Qarabağda postmünaqişə transformasiyası: yaşıl icma və qadın iştirakçılığı

Qarabağda postmünaqişə transformasiyası: yaşıl icma və qadın iştirakçılığı

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 may, AZƏRTAC

Qarabağ regionunda postmünaqişə dövründə həyata keçirilən yenidənqurma prosesi yalnız yolların, binaların və fiziki infrastrukturun bərpası ilə məhdudlaşmır. Bu proses həm də sosial münasibətlərin, kollektiv yaddaşın, icma davranışının və insanların gündəlik həyat təcrübələrinin yenidən formalaşması mərhələsidir. Məhz bu baxımdan Qarabağ klassik postmünaqişə regionlarından fərqlənən və hələ də davam edən canlı transformasiya nümunəsi kimi çıxış edir. Region hazırda yalnız yenidənqurma mərhələsində deyil, həm də yeni sosial münasibətlərin, idarəetmə modellərinin və icma iştirakçılığı formalarının yaranması mərhələsindədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri iqtisad elmləri üzrə fəlsəfə doktoru Nərgiz Hacıyevanın “Postmünaqişə dövründə yaşıl icma iştirakçılığı və şəhər inkişafında qadınların rolu - Qarabağ nümunəsi” başlıqlı məqaləsində yer alıb. Müəllifin fikrincə, müxtəlif postkonflikt nümunələri göstərir ki, qadınların iştirakçılığı yalnız sosial dəstək funksiyası ilə məhdudlaşmır və daha geniş institusional nəticələr yarada bilir. Məsələn, Syerra-Leonedə münaqişədən sonrakı dövrdə qadınların lokal icma təşəbbüslərində və qərarvermə proseslərində iştirakının artması sosial bərpa və icmaəsaslı sülh quruculuğu təşəbbüsləri ilə əlaqələndirilib. Liberiyada qadın hərəkatları, xüsusilə vətəndaş təşəbbüsləri, sülh danışıqları və sosial koalisiyaların formalaşmasında mühüm rol oynayıb. Ruanda nümunəsində isə münaqişədən sonrakı hüquqi və institusional islahatlar nəticəsində qadınların parlament və yerli idarəetmədə iştirak səviyyəsi əhəmiyyətli şəkildə artıb və ölkə qadın siyasi təmsilçiliyi üzrə dünyanın ən yüksək göstəricilərindən birinə çevrilib.

Lakin bu nümunələr mühüm bir məsələni ortaya qoyur: postmünaqişə reallıqları universal yanaşmalarla izah edilə bilməz. Hər regionun öz sosial psixologiyası, kollektiv travması, hüquqi keçid mərhələsi və lokal davranış xüsusiyyətləri mövcuddur. Buna görə də başqa regionlar üçün uğurlu hesab edilən siyasətlərin Qarabağa olduğu kimi tətbiqi məhdud və uğursuz nəticələr verə bilər, lakin müvafiq bir siyasi xətt adaptiv şəkildə lokallaşdırılaraq tətbiq edilə bilər. Postmünaqişə siyasəti hüquqi baxımdan da kontekstə uyğunlaşdırılmış yanaşma tələb edir.

Onun sözlərinə görə, mövcud “Scopus” təhlilləri göstərir ki, qadınların postmünaqişə iştirakçılığı əsasən sülh quruculuğu, dayanıqlılıq və siyasi təmsilçilik aspektlərindən araşdırılıb. Lakin qadınların yaşıl icma iştirakçılığı, dayanıqlı şəhər planlaması, ekoloji urbanizasiya və postmünaqişə şəhər idarəçiliyi ilə əlaqəsi kifayət qədər öyrənilməyib. Xüsusilə Qarabağ üzrə uzunmüddətli empirik tədqiqatların azlığı ciddi elmi boşluq yaradır.

“Digər mühüm məsələ ondan ibarətdir ki, Qarabağ prosesi hələ davam edən bir transformasiya mərhələsidir. Sosial münasibətlər, məskunlaşma modelləri və icma davranışları dəyişməkdədir. Bu isə etibarlı məlumat bazasının və uzunmüddətli müşahidələrin məhdudluğu problemini ortaya çıxarır. Bəzən statistik göstəricilər insan davranışını izah edə bilmir, yalnız narrativ yanaşmalar isə sosial reallığın tam mənzərəsini təqdim etmir. Bu səbəbdən kəmiyyət metodlarının etnoqrafik müşahidələr, antropoloji yanaşmalar və sahə tədqiqatları ilə tamamlanması xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan Qarabağ yalnız Azərbaycan üçün deyil, həm də qlobal postmünaqişə araşdırmaları üçün real vaxtda müşahidə edilən unikal bir laboratoriya rolunu oynaya bilər”, - deyə məqalədə vurğulanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 May 2026 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri