Icma.az
close
up
RU
Azad ruhun qələbəsi

Azad ruhun qələbəsi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Azərbaycan xalqının tarixi yoluna nəzər salanda bir həqiqət aydın görünür: bu xalq heç vaxt azadlıqdan imtina etməyib. Hər dəfə sınaqlar, işğallar, zorakılıqlar olsa da, millətin ruhu sınmayıb, içindəki müstəqillik eşqi heç vaxt sönməyib. 18 oktyabr 1991-ci il isə bu əzəli arzunun rəsmi təntənəsi, azad ruhun dövlət səviyyəsində qələbəsi günüdür.

O gün Azərbaycan Ali Sovetində "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul ediləndə, əslində təkcə bir sənəd imzalanmadı. Belə ki, əsrlərlə davam edən milli mübarizənin, şəhidlərin, istiqlal yolçularının arzusu gerçəkliyə çevrildi. O gün Azərbaycanın gələcək nəsilləri üçün yeni bir səhifə açıldı: azad, suveren və müstəqil dövlətin tarixi başlandı.

Müstəqilliyin ilk illəri isə asan olmadı. Dağlıq Qarabağda müharibə, sosial çətinliklər, dövlət institutlarının yeni qurulması və ən əsası iqtisadi böhran… Amma xalqımız yenə dirəniş göstərməyi bacardı. Çünki bu torpağın insanı müstəqilliyin dəyərini çox yaxşı bilirdi – əsarətin nə demək olduğunu neçə illər yaşamışdı. Azərbaycanın siyasi taleyini dəyişən əsas dönüm nöqtəsi isə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı oldu. Məhz onun uzaqgörən siyasəti nəticəsində müstəqilliyin yalnız kağız üzərində deyil, real həyatda möhkəmlənməsi təmin olundu. Dövlət idarəçiliyi bərpa edildi, iqtisadi islahatlar başlandı, ordu quruculuğu sürətləndi, Azərbaycanın beynəlxalq nüfuzu artdı.

Bu gün, 33 il sonra Azərbaycan artıq öz sözünü deyən, bölgədə sabitliyin və inkişafın dayağı olan güclü dövlətdir. 2020-ci ildə torpaqlarımızın azad edilməsi, 2023-cü ildə ölkənin tam suverenliyinin bərpa olunması da 18 oktyabrda əldə olunan müstəqilliyin məntiqi nəticəsidir. Müstəqilliyin qorunması təkcə sərhədlərin qorunması deyil, həm də milli kimliyin, dilin, mədəniyyətin, dəyərlərin qorunması deməkdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə beynəlxalq aləmdə müstəqil, balanslı, öz maraqlarına söykənən siyasət yürüdür. Artıq Azərbaycan heç bir güc mərkəzindən asılı olmayan, qərarlarını özü verən, gələcəyini özü müəyyən edən bir dövlətdir.

18 oktyabr bizə həm keçmişi xatırladır, həm də gələcəyə yol göstərir. Müstəqillik təkcə bir günün sevinci deyil – hər günün məsuliyyətidir. Onu qorumaq, möhkəmləndirmək, gələcək nəsillərə ötürmək isə hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu gün müstəqil Azərbaycanda doğulan gənclər artıq "azadlıq” sözünü yalnız tarix kitablarında oxumur, onu real həyatda yaşayır. Bu, nəsillərin çəkdiyi əzabın, qəhrəmanların qanı bahasına qazanılmış böyük sərvətdir.

Azərbaycan xalqının müstəqilliyi əbədi, dövlətçiliyimiz sarsılmazdır. Çünki bu xalqın kökü dərin, iradəsi güclü, ruhu azaddır.

Və hər 18 oktyabrda biz bu azad ruhun qələbəsini – Azərbaycanın müstəqilliyini qürurla qeyd edirik.

Müstəqilliyin əbədi olsun, Azərbaycan!

Emin Tarverdiyev

"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri