Icma.az
close
up
RU
“Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi” Qafarov

“Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi” Qafarov

Icma.az, Publika.az portalına istinadən məlumat yayır.

“Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistanın işğalçı ordusu tərəfindən zəbt olunmuşdu. İşğal nəticəsində 511 dinc sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb. 60 min nəfər kəlbəcərli respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur olub”.

Publika.az xəbər verir ki, Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili xatırladıb ki, erməni vandalları işğal etdikləri bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də talançılıq ediblər. “İşğal nəticəsində rayonun bütün infrastrukturu talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Cenevrə Konvensiyasının prinsiplərinə zidd olaraq, 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin qanunsuz məskunlaşdırılmasına başlanmışdır. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələbi ifadə olunan 822 saylı Qətnamə qəbul etsə də, rəsmi İrəvan həmin Qətnaməni icra etmədi və beynəlxalq təşkilatlar da onun icrasını uzun illər ərzində tələb etmədilər. Bu səbəbdən 2020-ci il 27 sentyabr tarixində, düşmənin növbəti hərbi təxribatından sonra Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. 44 gün davam edən Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğalına son qoydu və beynəlxalq hüququ bərpa etdi.2020-ci il noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtlərinə əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Ölkə Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olunub.”

K.Qafarov qeyd edib ki, Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra bu rayonda aparılan bərpa-quruculuq işləri bütün digər ərazilərimizdə olduğu kimi Prezidentimiz İlham Əliyevin şəxsi nəzarətindədir: “Vətən müharibəsində əldə edilmiş tarixi Qələbədən sonra, azad olunmuş bütün digər ərazilərimizdə olduğu kimi, Kəlbəcər rayonunda da möhtəşəm bərpa-quruculuq işlərinə start verildi. İşğaldan sonra ilk dəfə 2021-ci il avqust 16-da Kəlbəcərə səfər edən Ali Baş Komandan bu şəhərdə də Azərbaycan bayrağını şəxsən özü qaldırdı. Həmin tarixi gündən sonra keçən müddət ərzində cənab Prezident İlham Əliyev Kəlbəcərə çoxsaylı səfərlər etmişdir ki, bu səfərlərin də hər biri önəmli hadisələrlə əlamətdar olmuşdur. Son dörd ildə gedən proseslər bir daha göstərir ki, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin ən qısa zamanda tamamilə yenidən qurularaq dirçəldilməsinə və erməni işğalı səbəbilə bu torpaqlardan didərgin düşmüş insanların öz dədə-baba yurdlarına geri dönmələrinə çox böyük önəm verir və bu istiqamətdə gedən bütün işlərə birbaşa Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ciddi nəzarət olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://publika.az
archiveBu xəbər 25 Noyabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri