Icma.az
close
up
RU
Azad ruhun sehrli aləmi

Azad ruhun sehrli aləmi

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

30 Aprel Beynəlxalq Caz Günüdür

Muğam və saz ölkəsi də cazın cazibəsindən uzaq deyil

Azadlıq olmayan yerdə nəğmələr boğulur, notlar qəfəsə salınmış quştək çırpınmağa başlayır. Musiqinin canı məhz o sərbəst nəfəsdə, heç bir qəlibə sığmayan ruhun çırpıntısındadır.

Caza da “azad musiqi” deyirlər, çünki o, ifaçının ixtiyarına verilir. Bu musiqidə ifaçı həm bəstəkar, həm də hekayəçidir. Burada hökm fərmanı notlar yox, ifaçının qəlbinin sədasıdır. O, səmimi duyğularını ötürməkdə azaddır.

Hər il dünyada 30 Aprel Beynəlxalq Caz Günü azad nəğmə bayramı kimi qeyd edilir. 2012-ci ildə UNESCO-nun elan etdiyi bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Əlamətdar gün dünyanın 190 ölkəsində coşqu ilə qarşılanır.

Ölkəmizdə isə caz musiqisi milli ruhumuzun özgə biçimdə təzahürüdür. Bu musiqi muğamın qədim və müdrik irfanı ilə qol-boyun olub, özünəməxsus təşəkkül tapıb.

Azərbaycan cazının bu gününü, onun fəlsəfi dərinliyini və ruhumuzdakı əks-sədasını duymaq üçün Xalq artisti, bəstəkar Salman Qəmbərovla həmsöhbət olduq.

Salman müəllim bildirdi ki, Azərbaycan caz musiqisində formalaşmış zəngin ənənələr bu gün də öz varisliyini qoruyub saxlayır:

– Bu sahədə Vaqif Mustafazadə və Rafiq Babayev kimi korifeylərlə yanaşı, Amerika caz məktəbinin layiqli təmsilçisi, bəstəkar Vaqif Sadıxovun adını xüsusi vurğulamaq lazımdır. Vaqif Mustafazadə və Rafiq Babayev də yaradıcılıqlarının təməlini Amerika cazının mürəkkəb standartlarını mükəmməl mənimsəməklə qoymuş, lakin bu elmi bazanı milli musiqi təfəkkürü ilə sintez edərək tamamilə fərdi və bənzərsiz musiqi dili ərsəyə gətirmişlər.

Bu gün müasir ifaçılıq sənətinin qarşısında duran ən böyük təhlükə yaradıcı təfəkkürün təqlid buxovuna salınmasıdır. Hətta ifaçılıq qabiliyyəti yüksək ola bilər, amma təqlid etmək sənət deyil, sənət səndən öncəki sənətkarların ideyalarını zamanın tələbinə uyğunlaşdırmaq, zənginləşdirməkdir. Dahi sənətkarların irsi bizə möhkəm təməl kimi miras qalıb. Təəssüf ki, bəzi gənc ifaçıların yaradıcılığında müşahidə olunan mexaniki kopyalama və kor-koranə təkrarlar, musiqini ruhsuz müşayiətə çevirir. Həqiqi yaradıcılıq təqlid zəncirlərini qırıb, öz daxili səsini bəşəriyyətə çatdıra bilməkdir.

Biz informasiya və texnologiya əsrində yaşayırıq. Bu da yaradıcı insanlar üçün sərhədsiz üfüqlər açır. Müasir dünyanın rəqəmsal imkanları, beynəlxalq əməkdaşlıq platformaları istedadlı azərbaycanlı musiqiçilərin səsini dünyanın ən nüfuzlu məkanlarına çatdırmaq üçün böyük fürsətdir. Əgər bir neçə onillik öncə tanınmaq üçün valların və ya CD-lərin istehsalı, ağır bürokratik prosedurlar tələb olunurdusa, bu gün “YouTube”, “Instagram” və digər sosial şəbəkələr bizə çox kömək edir. İndi əsas məsələ bu imkanlardan peşəkarlıqla istifadə edib, Azərbaycanın adını sənət dünyasında ucaltmaqdır.

Müsahibimiz onu da qeyd etdi ki, bu sehrli dünyaya hər kəs eyni həvəslə qapı açmır:

– Caz elə bir aləmdir ki, notların arxasında bir daxili çırpıntı dayanır. Amma maraqlıdır ki, bu sehrli dünyaya hər kəs eyni həvəslə qapı açmır. İllərdir müşahidə edirəm, sanki, sənət adamları – rəssamlar, yazıçılar, şairlər, hətta Musiqi Akademiyasındakı həmkarlarımız belə çox vaxt caz musiqisinə qarşı bir az məsafəli, tərəddüdlü olur, maraq göstərmirlər. Əlbəttə, istisnalar hər zaman var, amma ümumi mənzərə bəzən qəlb sızladır.

Azərbaycan caz musiqisinin bugünkü mənzərəsinə nəzər saldıqda həm ümidverici inkişafın, həm də həlli vacib olan ciddi məhdudiyyətin şahidi oluruq. Sevindirici haldır ki, artıq cazın coğrafi hüdudları genişlənir. Əgər iyirmi il əvvəl biz bu sənətdən danışarkən yalnız Bakı mühitini nəzərdə tuturduqsa, hazırda İsmayıllı, Naxçıvan, Gəncə və Sumqayıt kimi müxtəlif bölgələrimizdən çox istedadlı musiqiçilər yetişir. Lakin bu müsbət tendensiyanın qarşısında böyük sədd dayanır: bu gənclərin hamısı sonda yenə də paytaxta üz tutmağa məhkum olurlar.

Problemin kökündə duran əsas səbəb odur ki, caz musiqisi üçün meydan, peşəkar səhnə və müvafiq mühit hələ də yalnız Bakı ilə məhdudlaşır. Qonşu Gürcüstanın təcrübəsinə baxdıqda, görürük ki, orada Batumi və Tbilisi kimi iri mərkəzlərlə yanaşı, digər şəhərlərdə də möhtəşəm caz festivalları, beynəlxalq konsertlər keçirilir. Bizdə isə, təəssüf ki, mənzərə fərqlidir. Dəfələrlə müxtəlif şəhərlərin rəhbərliyinə bölgələrdə caz gecələri, konsert proqramları təşkil etmək barədə təkliflər verilsə də, bu təşəbbüslər mütləq laqeydliklə, diqqətsizliklə qarşılanıb.

Musiqinin daxili məntiqindən və coğrafi məhdudiyyətlərindən söz düşmüşkən, bir ağrılı məqamı da gərək etiraf edək: bu gün caz sənəti televiziya məkanında demək olar ki, özünə yer tapa bilmir. Efirlərdən ucalan bayağı sədalar, sənət meyarlarından uzaq olan musiqilər, sanki, insanların zövqünü tədricən korlayır, onları həqiqi, intellektual, duyarlı musiqidən uzaq salır. Televiziya kimi qüdrətli bir təbliğat vasitəsinin bu cür ali bir sənətə ögey münasibət bəsləməsi, kütləvi zövqün aşınmasına rəvac verir.

Digər tərəfdən, cazın nəfəs aldığı məkanlar – o kiçik, amma ruhu zəngin caz-klublar da, təəssüf ki, yalnız paytaxt Bakının küçələrinə sığınıb. Bölgələrdə yaşayan gənclərin, musiqisevərlərin bu mədəni mühitdən bəhrələnmək imkanı yox dərəcəsindədir.

Yaradıcılıqda yenilik axtarışları və mədəniyyətlərarası dialoq sənəti diri tutan əsas amillərdir. Məsələn, Litva səfirliyinin təklifi ilə dahi bəstəkar Nikolas Çürlyonisin klassik prelüdiyaları əsasında caz kompozisiyalarının qurulması belə uğurlu əməkdaşlığın bariz nümunəsidir. Bu cür layihələr Azərbaycan cazmeninin nə qədər geniş təfəkkürə və virtuoz ifaçılıq qabiliyyətinə malik olduğunu dünyaya sübut edir. Belə silsilə tədbirlərin təkcə ölkə daxilində deyil, Türkiyə və Litva kimi ölkələrdə də davam etdirilməsi Azərbaycan musiqisinin sərhədləri aşan gücünün göstəricisidir.

Bəstəkarın sözlərinə görə, bu sənətin əsasında sənətkarın hər dəfə özünü təəccübləndirmək məqsədi dayanır:

– Əgər musiqiçi səhnədə öz daxili dünyasında yeni bir kəşf edə bilmirsə, dinləyicinin ruhunu təəccübləndirmək və onda heyranlıq oyatmaq mümkün deyildir.

Sənətkar səhnəyə çıxarkən müəyyən mövzuya və struktura sahib olsa da, o anın daxilində nə çalacağını əvvəlcədən dəqiq bilmir. Çünki cazın həqiqi mahiyyəti həmin saniyədə doğulan azadlıq və improvizasiyadır. Bu janr dünənki uğurun və ya əvvəllər ifa olunmuş parçaların mexaniki şəkildə təkrarı deyil. Keçmişdə edilənləri eynilə təkrar etmək sənəti ruhsuzlaşdırır, hətta mənasızlaşdırır.

Sənət yolu uzaqdan parıltılı görünsə də, əslində, mənəvi fədakarlıq və hər gün təkrarlanan ağır zəhmət üzərində ucalan məşəqqət yoludur. Gənclər bu yola qədəm qoyarkən anlamalıdırlar ki, sənət səhnədəki alqışlardan, rəngarəng gül-çiçəklərdən və asan qazanılan uğurlardan ibarət deyil. Həqiqi sənətkar olmaq üçün hər gün öz üzərində çalışmaq, ruhunu və zəkanı daim qidalandırmaq mütləqdir.

Bu çətin yolda büdrəməmək üçün ilk nəsihət musiqini dərindən duymaq, klassik irsdən və dünya caz korifeylərinin yaradıcılığından bəhrələnməkdir. Çünki daxili baza, zəngin musiqi yaddaşı olmadan sənətdə öz sözünü demək qeyri-mümkündür. Sənətin başlanğıcında kimisə təqlid etmək, ustadların izi ilə getmək təbii olsa da, sənətkarın əsas qayəsi öz fərdi imzasını tapmaq və öz yolunu cızmaq olmalıdır.

Azərbaycan cazının gələcək taleyi bu gün yetişən gənc nəslin əllərindədir. Onların üzərinə düşən ən şərəfli vəzifə milli musiqi ənənələrimizi qorumaqla yanaşı, bu zəngin irsi müasir dünyanın sənət dilində, hamını heyran qoyacaq şəkildə təqdim etməkdir. Tələbələrin gözlərindəki o yaradıcılıq həvəsini və sənət eşqini görmək sənətkar üçün ən böyük xoşbəxtlikdir. Məhz bu inam və gənclərin fədakarlığı sayəsində Azərbaycan cazı hələ çox uca zirvələri fəth edəcək, dünya musiqi fəzasında öz parıltısını qoruyub saxlayacaq.

Fidan ƏLİYEVA
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Aprel 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qlobal Media Forumu Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırır

13 İyul 2026 13:30see433

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see320

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see310

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see295

Leon Kuk: Dünyanın hər yerindən gələn media nümayəndələrinə sual vermək imkanı yaratmaq unikal hadisədir

13 İyul 2026 15:43see216

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see213

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see195

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see190

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see186

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see181

Enerji içkiləri ilə bağlı VACİB XƏBƏRDARLIQ!

12 İyul 2026 15:11see177

“Neftçi” Portuqaliyadan futbolçu gətirir

12 İyul 2026 01:06see174

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see173

Vens: “Razılaşmanın əldə olunmaması məğlubiyyət demək deyil”

12 İyul 2026 11:47see170

ABŞ İrana quru əməliyyatı hazırlaya bilər Ekspert

12 İyul 2026 16:52see162

“Barselona” Fermin Lopeslə bağlı şad xəbər aldı

13 İyul 2026 05:14see161

Maldiniyə İtaliya Futbol Federasiyasında vəzifə verildi

12 İyul 2026 00:19see159

13 19 iyul tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

13 İyul 2026 00:18see155

SEPAH: Hörmüz boğazı növbəti göstərişədək bağlanıb

12 İyul 2026 03:41see153

İran üçün böyük plan AKTUAL

12 İyul 2026 11:50see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri