Icma.az
close
up
RU
Azad sözün ümummilli nüfuzu

Azad sözün ümummilli nüfuzu

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə paytaxtın Nəsimi Rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası rayon təşkilatı ilə birgə təşkil etdiyi “Mətbuatımızın təşəkkülü və tarixi missiyası” adlı dəyirmi masada andilli jurnalistikamızın ötən əsryarımda xalqımızın ictimai-mədəni tərəqqisində oynadığı misilsiz rol yüksək dəyərləndirildi, nəsimililərin media ictimaiyyətinə bayram təbriki çatdırıldı.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, RİH başçısının müavini Zahid Xəlilov rayonla sıx əməkdaşlıq edən görüş iştirakçısı olan jurnalistləri və ölkənin media ictimaiyyətini əlamətdar yubiley münüsibətilə səmimi təbrik etdi. O, milli mətbuatımızın keçdiyi tarixi və şərəfli yoldan söz açaraq qeyd etdi ki, XIX əsrin son rübündə yarım əsrlik müstəmləkə taleyi yaşayan xalqımızın milli oyanışını və özünüdərkini hədəfə almış mətbuatımız bir neçə onillik hazırlıqdan sonra XX əsrin əvvəllərindən dövlətçiliyin bərpası məfkurəsini yaymağa başlayıb. Bu mübarizənin öncül publisistləri 1918-ci ildə Xalq Cümhuriyyətinin qurucuları olublar. Milli hökumətin süqutundan sonrakı kommunist idarəçiliyi dövründə də jurnalistlərimiz öz sözləri ilə sivil ideyaların gerçəkləşməsinə əməli dəstək qazandırıblar.

Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə xalqı ölkənin hərtərəfli tərəqqisinə səfərbər etməkdə mətbuatın, teleradionun rolundan yüksək səviyyədə istifadə edərək Azərbaycanı keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmişdi. Ulu öndərin müstəqillik illərində formalaşdırdığı dövlət media siyasətini Prezident İlham Əliyev uğurla davam etdirərək ölkəmizdə azad, demokratik medianın dünya səviyyəsində nüfuz qazanmasına və peşəkarlığının yüksəldilməsinə təminat yaradıb.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva və RİH başçısının müavini Ramiz Quliyev də Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik etdilər, paytaxtın mərkəzi rayonunda aparılan genişmiqyası yeniləşmə prosesinə onların göstərdiyi informasiya dəstəyinin önəmini vurğuladılar.

“Xalq qəzeti”nin baş redaktorunun müavini, Tahir Aydınoğlu, QHT fəalı media eksperti Səbuhi Abbasov, özəl qurumun mətbuat katibi Məhəmmədəli Qəribli və informasiya agentliyinin rəhbəri Nahid Canbaxışlı müstəqil dövlətin azad mediasında çalışmağın şərəf və məsuliyyətini xatırladaraq, dövlətin diqqət və qayğısının, xalqın etmad və rəğbətinin jurnalistikamızın mənəvi güc qaynağı olduğunu söylədilər. Onlar səmimi təbriklərə görə razılıqlıqlarını söylədilər, mediamızın yubileyinin ümumxalq bayramı kimi qeyd edilməsinə görə minnətdarlıqlarını ifadə etdilər.

T.RÜSTƏMLİ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 İyul 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see485

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see278

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see263

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see254

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see253

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see253

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see246

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see246

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see238

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see224

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see219

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see218

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see218

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see213

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see211

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see209

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see204

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see198

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see197

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri