Icma.az
close
up
RU
Sözün azad olduğu cəmiyyətlər...

Sözün azad olduğu cəmiyyətlər...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

Fikir və söz azadlığı hər bir cəmiyyətin mənəvi “oksigen”idir. Bu oksigen tükənəndə düşüncə boğulur, yaradıcılıq sönür, cəmiyyətin inkişaf ritmi dayanır. Bu gün informasiya əsrində yaşayırıq. İnternet, sosial şəbəkələr, media - bunların hamısı sadəcə məlumatötürmə vasitəsi deyil, ictimai fikrin meydanıdır. Burada hər bir fərd söz, fikir sahibidir. Amma bu meydanda sözün dəyəri, onun məsuliyyəti ilə ölçülür. Azad söz qarışıqlıq deyil, məsuliyyətli azadlıqdır. Çünki azadlıq heç vaxt başqasının azadlığını məhv etmək üçün bəhanə olmamalıdır. Məlumdur ki, plüralizm, yəni çoxfikirlilik, müxtəlif baxışlara dözümlülük - müasir cəmiyyətin əsas dayaqlarından biridir. Tək bir fikirin hökm sürdüyü yerdə inkişaf dayanır. Əsl güc müxtəlif fikirlərin toqquşmasından yaranan yeni ideyalardadır. Əgər gənclərimizi fərqli düşünməyə, sual verməyə, müzakirə aparmağa təşviq edə bilsək, deməli gələcəyin sağlam cəmiyyətini qururuq. Çünki plüralizm təkcə fikir azadlığı deyil, həm də mədəniyyətin, elmin, siyasətin inkişaf mühərrikidir.

Məlumat azadlığı - şəffaf cəmiyyətin təməli

Məlumat almaq hüququ da fikir azadlığının tərkib hissəsidir. İnsan bilmədiyi, məlumatı çatmayan mövzularda müstəqil fikir formalaşdıra bilməz. Buna görə də şəffaflıq və açıq informasiya axını demokratik idarəetmənin ayrılmaz hissəsidir.

Məlumatın gizlədildiyi yerdə şayiə yaranır, şübhə kök atır, inam itir. Amma məlumatın azad axdığı mühitdə həm dövlət, həm vətəndaş daha məsuliyyətli davranır.

Demokratiyanın əsas meyarı

Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən millət vəkili Azər Badamov bildirib ki, hər bir ölkədə azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən biri hesab edilir: “Bu gün informasiya-kommunikasiya texnologiyalarının cəmiyyətin inkişafındakı mövqeyi hər gün artmaqdadır. Etiraf edək ki, bütün ölkələrdə söz və mətbuat azadlığı demokratiyanın əsas meyarlarından biridir. Söz azadlığı senzuraya məruz qalan cəmiyyətlərdə isə insan hüquqlarının tez-tez pozulması hallarına rast gəlinir.

Mətbuat demokratik həyatımızın əvəzsiz elementi, informasiya almaq və yaymaq azadlığının ən təsirli vasitəsi kimi cəmiyyəti maarifləndirmək, düzgün məlumat vermək vəzifəsini yerinə yetirir. Bu vəzifəni azad şəkildə yerinə yetirmək üçün mətbuat azadlığının böyük əhəmiyyəti var. Ölkəmizdə bu hüquq bütün media nümayəndələrinə təklif olunur. İctimaiyyətin və cəmiyyətin sürətli, qərəzsiz və dəqiq məlumat almaq hüququnun təmin edilməsində mühüm rol oynayan belə media mənsublarına hər zaman ehtiyacı duyulur. Fikir azadlığı və demokratiya olmayan, hamının eyni cür düşünməyə məhkum edildiyi ölkələr müxtəlif kriteriyalar üzrə rəqabətdə azad və demokratik dövlətlərə məğlub olurlar”.

Ölkəmizdə plüralizmi məhdudlaşdıran heç nə yoxdur

A.Badamovun sözlərinə görə, Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdəndir: “Bu gün ölkəmizin media məkanında mövcud qanunvericilik olduqca təkmilləşdirilib. Azərbaycan demokratiya yolu ilə gedən dövlətdir. Həmçinin 1995-ci ildə qəbul edilən Konstitusiyada söz azadlığı, plüralizm, insan hüquqlarının müdafiəsi və qorunması, vicdan azadlığı, qadın və kişilərin bərabərhüquqlu olması məsələsi açıq-aydın öz əksini tapıb. Sonradan keçirilən referendumlarda da bununla bağlı təkmilləşmələr aparılıb. Qanunvericilikdə söz azadlığı, plüralizmlə bağlı kifayət qədər maddələr var. Bu gün ölkəmizdə plüralizmi məhdudlaşdıran heç nə yoxdur. Azərbaycanda sərbəst toplaşmaq, söz azadlığı haqqında qanunlar yüksək səviyyədə təsbit olunub. Bununla bağlı qəbul edilən qanunların hər biri beynəlxalq ekspertlər tərəfindən nəzərdən keçirilib. Dövlətimiz, eləcə də Milli Məclis yeni qanunların qəbul edilməsinə, mövcud qanunvericiliyin təkmilləşdirilməsində maraqlıdır. Bu, prioritet məsələlərimizdən biridir. Ölkəmizdə hazırda söz azadlığını, plüralizmin inkişafını ləngidən, problem yaradan hər hansı məsələ varsa, parlament bu məsələnin qaldırılmasına müsbət yanaşır. Belə də olmalıdır, çünki cəmiyyət inkişaf etdikcə ictimai münasibətlərdə də müəyyən tənzimləmələrə zərurət yaranır”.

Göründüyü kimi, bütün dünyada azad fikir, azad söz və plüralizm sadəcə hüquqi prinsip deyil, cəmiyyətin dirçəliş formasıdır. Bu azadlıqları qorumaq isə hər birimizin borcudur.

Yeganə

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 Noyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri