Icma.az
close
up
RU
Zəngilanın azad edilməsi tarixi zəfərimizin və dirçəlişimizin başlanğıcıdır ŞƏRH

Zəngilanın azad edilməsi tarixi zəfərimizin və dirçəlişimizin başlanğıcıdır ŞƏRH

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq Zəngilanın işğaldan azad olunmasından 6 il ötür. 2020-ci ilin 20 oktyabr tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Zəngilan şəhərini işğaldan azad edərək, 27 illik həsrətə son qoydu. Zəngilanın azad edilməsi Vətən müharibəsinin gedişində mühüm strateji dönüş nöqtəsi olmaqla yanaşı, dövlət sərhədlərimizin bərpası və Şərqi Zəngəzurun dirçəlişi istiqamətində tarixi bir addım oldu.

Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələritərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşmışdı.
2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin-Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu bəyan edib. Azərbaycan Ordusu Ermənistan ordusunu Zəngilanda da ağır məğlubiyyətə uğradaraq, xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarıb. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb. Azərbaycan Respublikasında “Zəngilanın azad olunmasına görə” medalı təsis olunub. Prezident İlham Əliyevin Sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunub.
Zəngilan rayonu ərazisi əsrlər boyu zəngin mədəniyyətin, qədim tarixi və dini abidələrin beşiyi olmuşdur. Məmmədbəyli kəndində yerləşən XIV əsrə ait Yəhya ibn Məhəmməd əl-Hac türbəsi, Şərifan kəndindəki qədim yaşayış məskəni və şəhər tipli abidələr, həmçinin XVII-XVIII əsrlərə aid məscidlər və karvansaraylar Zəngilanın zəngin milli-mədəni irsinin canlı şahidləridir. Otuz ilə yaxın davam edən işğal dövründə erməni vandalizminə məruz qalaraq dağıdılan, təhqir edilən və dağıntılara uğrayan bu tarixi-dini abidələrimiz Zəfərdən dərhal sonra dövlətimiz tərəfindən xüsusi nəzarətə götürülmüşdür. Bu gün Zəngilanda aparılan genişmiqyaslı bərpa və yenidenqurma işləri çərçivəsində tarixi-dini irsimiz ehtiramla bərpa olunur, məscidlərimizdə yenidən azan səsləri ucalır və tariximizin silinməz izləri gələcək nəsillərə ötürülmək üçün öz əvvəlki əzəmətinə qovuşur.
Zəngilan şəhərinin və rayonun yaşayış məntəqələrinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsində yalnız hərbi-strateji deyil, həm də mühüm dövlətçilik uğuru kimi tariximizə həkk olundu. Zəngilanın düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədi 30 ilə yaxın fasilədən sonra tam bərpa edildi. Sərhədlərimizin bütövlüyünün təmin olunması dövlət suverenliyimizin bərqərar edilməsi istiqamətində müstəsna əhəmiyyət kəsb edərək, regional təhlükəsizliyin və beynəlxalq nəqliyyat-logistika dəhlizlərinin təhlükəsiz fəaliyyətinin etibarlı zəminini yaratdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il sentyabrın 28-də Zəngilan rayonuna səfər etmişdir. Səfər çərçivəsində dövlət başçısı Alıbəyli və Zəngilan kəndlərinin, həmçinin Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməlini qoymuşdur.Eyni zamanda Zəngilan Konqres Mərkəzi Kompleksinin və “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyasının rəsmi açılışı keçirilmişdir. Prezident İlham Əliyev həmçinin Heydər Əliyev Fondu tərəfindən inşa edilən Zəngilan şəhər məscidində aparılan bərpa və tikinti işləri ilə tanış olmuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il sentyabrın 29-da Zəngilanda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak etmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev 2024-cü il mayın 18-də Zəngilan rayonuna səfər etmişdir. Səfər çərçivəsində Ağalı kəndində “Ağalı” hotelinin açılış mərasimi keçirilmiş, Mincivan qəsəbəsinin təməli qoyulmuşdur. Eyni zamanda, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilmiş, Zəngilan məscidinin təntənəli açılışı olmuş və Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulmuşdur.
Bu gün Zəngilan sürətli yenidənqurma və Böyük Qayıdışın ən parlaq nümunəsinə çevrilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr Zəngilanın təkcə keçmiş şöhrətini bərpa etmir, həm də onu regionun müasir, modern və ekoloji cəhətdən təmiz mərkəzlərindən birinə çevirir. Doğma yurdlarına qayıdan zəngilanlıların simasındakı təbəssüm və qürur 20 Oktyabr Zəfərinin ən böyük təcəssümüdür. Zəngilan Şəhəri Günü xalqımızın sarsılmaz birliyinin, dövlətimizin qüdrətinin və azad torpaqlarımızda əbədi yaşayacaq zəfər ruhunun təntənəsidir.

Rövlan Heydərov

YAP Naftalan şəhət təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri