Azadə Hüseynova: Sağlamlıq turizmi kompleks və sistemli yanaşma tələb edir
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Müasir sağlamlıq və tibbi turizm sahəsi dünya üzrə dinamik inkişafdadır, bu sahədə rəqabət artmaqdadır".
Oxu.Az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova "Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu isə sənayenin müasir çağırışlarla üz-üzə olması deməkdir:
"Sağlamlıq turizminin inkişafı üçün mövcud potensial kifayət qədər böyük olsa da, bu sahə kompleks və sistemli yanaşma tələb edir.
İdarəetmənin effektivliyi, kadr potensialının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi gələcək uğurun əsas şərtləridir.
Dövlət Turizm Agentliyi sağlamlıq turizmini prioritet sahə kimi inkişaf etdirmək və Azərbaycanın bu sahədə beynəlxalq rəqabət qabiliyyətini artırmaq istiqamətində daim dəstək verməyə hazırdır.
İnanıram ki, bu kimi tədbirlər sağlamlıq turizmi sahəsində beynəlxalq dialoqu və tərəfdaşlıqları daha da genişləndirmək istiqamətində təkan olacaq".
Aygün Mirakif


