Azadə Hüseynova: İndiyədək Azərbaycanda elmi əsaslı, sistemli resept bazası mövcud deyildi
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Milli mətbəximizi düzgün və sistemli şəkildə təqdim etmək üçün "Milli Dadlar" layihəsini reallaşdırdıq. İndiyədək bizdə elmi əsaslara söykənən sistemli və standartlaşdırılmış resept bazası mövcud deyildi".
Oxu.Az xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın qastroturizm perspektivləri mövzusunda keçirilən media təqdimatında Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.
O bildirib ki, müxtəlif ekspertlərin kitablarında fərdi reseptlər yer alırdı, lakin bu məlumatlar vahid sistemə salınmadığı üçün geniş istifadə üçün yetərli deyildi:
"Biz düşündük ki, ilk növbədə belə bir sistem yaradaq ki, restoranlar, kafelər, iaşə müəssisələri həmin standartlara əsaslanaraq menyularını formalaşdıra bilsinlər. "Milli Dadlar" layihəsi bu baxımdan artıq ilk mərhələ sayılır və gələcəkdə bu sistemin inkişaf etdirilməsi üçün restoranlarla mütəmadi işlər görüləcək - bu proses artıq başlanılıb".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 30 May 2025 16:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















