Icma.az
close
up
RU
Azadə Hüseynova: Sağlamlıq turizminin inkişafına xüsusi diqqət ayrılır

Azadə Hüseynova: Sağlamlıq turizminin inkişafına xüsusi diqqət ayrılır

Icma.az, Azvision portalına istinadən məlumat yayır.

Bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə Bakıda keçirilən "Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri" adlı beynəlxalq konfransda DTA-nın sədr müavini Azadə Hüseynova söyləyib. O diqqətə çatdırıb ki, bu sahə təkcə ölkəyə əlavə valyuta axını gətirmir, eyni zamanda, insanların həyat keyfiyyətinin yüksəldilməsinə, rifah və sağlamlıq mədəniyyətinin təşviqinə, Azərbaycanın beynəlxalq tanınmasın xidmət edir:
"Ölkəmiz zəngin təbii resursları, müasir infrastruktur imkanları ilə bu istiqamətdə böyük potensiala malikdir. Naftalan nefti, Naxçıvanda Duz dağı, Qarabağ və Şərqi Zəngəzurda yerləşən təbii balneoloji mənbələr həm regionda, həm də beynəlxalq səviyyədə tarixən tanınıb. Həmçinin Abşeron, Şabran, Qəbələ, Lənkəran, Şəki kimi bölgələrimizdə fəaliyyət göstərən sağlamlıq mərkəzləri həm yerli, həm də xarici turistlər tərəfindən seçilən məkanlardandır".
Azadə Hüseynovanın sözlərinə görə, bu sahənin inkişafına dövlət tərəfindən, eləcə də ölkə rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılır:
"Fürsətdən istifadə edib, cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya turizm və səhiyyə sənayesi adından öz minnətdarlığımı çatdırmaq istərdim. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda tibbi turizmin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Bu siyasət çərçivəsində müasir səhiyyə infrastrukturunun yaradılması, kadr potensialının gücləndirilməsi, xidmət keyfiyyətinin artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. "Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam da bu sahəyə dövlət səviyyəsində göstərilən davamlı diqqətin növbəti nümunəsidir. Bu sənəd Naftalan neftinin müasir turizm məhsulu kimi beynəlxalq bazarlarda tanıdılmasını və ölkəmizin sağlamlıq turizmi potensialının daha geniş miqyasda təbliğini hədəfləyir".
DTA sədrinin müavini diqqətə çatdırıb ki, son illərdə Dövlət Turizm Agentliyi sağlamlıq turizminin inkişafı istiqamətində bir sıra vacib layihələri həyata keçirib.
"Ötən il Şuşada keçirilən sağlamlıq turizmi üzrə ilk konfrans bilik və təcrübə mübadiləsi üçün beynəlxalq platforma rolunu oynayaraq ölkəmizin bu sahədə tanıdılmasına mühüm töhfə verdi. Bundan əlavə, Dövlət Turizm Agentliyi ilə TƏBİB arasında "Tibbi turizmin inkişafı üzrə birgə əməkdaşlığa dair Fəaliyyət Planı" təsdiq olunub. Bu plan sağlamlıq turizminin idarəetmə çərçivəsinin təkmilləşdirilməsini, bu sahədə potensialın tanıdılmasını və tibbi xidmətlərə əlçatanlığın artırılmasını nəzərdə tutur", – Azadə Hüseynova deyib.
Onun sözlərinə əsasən, bugünkü tədbir də həmin siyasətin davamı kimi atılan ardıcıl addımlardan növbətisidir:
"Ancaq bir məqam da vurğulanmalıdır. Müasir sağlamlıq və tibbi turizm sahəsi dünya üzrə dinamik inkişafdadır və bu sahədə rəqabət artmaqdadır. Bu isə sənayenin müasir çağırışlarla üz-üzə olması deməkdir. Sağlamlıq turizminin inkişafı üçün mövcud potensial kifayət qədər böyük olsa da, bu sahə kompleks və sistemli yanaşma tələb edir.
İdarəetmənin effektivliyi, kadr potensialının artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi və dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi gələcək uğurun əsas şərtləridir.
Dövlət Turizm Agentliyi sağlamlıq turizmini prioritet sahə kimi inkişaf etdirmək və Azərbaycanın bu sahədə beynəlxalq rəqabət qabiliyyətini artırmaq istiqamətində daim dəstək verməyə hazırdır.
İnanıram ki, bu kimi tədbirlər sağlamlıq turizmi sahəsində beynəlxalq dialoqu və tərəfdaşlıqları daha da genişləndirmək istiqamətində təkan olacaq. Əminəm ki, dövlət və özəl sektorun birgə səyləri ilə Azərbaycan ənənə, innovasiya və sağlamlığın vəhdət təşkil etdiyi bir mərkəzə çevriləcək və biz yaxın illərdə sağlamlıq turizminin inkişafında yeni mərhələnin şahidi olacağıq. Biz bütün tərəfdaşları qarşıya qoyulan hədəflərə çatmaq üçün birlikdə addımlamağa dəvət edirik".
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 Oktyabr 2025 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see231

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see205

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see180

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see150

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see148

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see146

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see142

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see141

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see141

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see137

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see136

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see136

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see134

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see131

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see129

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see128

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see128

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see128

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see127

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri