Icma.az
close
up
RU
AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Bakıda baş tutan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmiş İsrail Prezidenti İshaq Hersoqun Azərbaycana uçuş marşrutu ilə bağlı bəzi xarici mətbuat orqanlarında və sosial şəbəkələrdə müxtəlif xəbərlər yayılıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Türkiyənin "Haber Global" televiziya kanalı məsələ ilə bağlı xüsusi süjet hazırlayıb.

"Haber Global"ın əldə etdiyi məlumata görə, İsrail Prezidenti İshaq Hersoq Azərbaycana səfəri zamanı Azərbaycan Hava Yollarının (AZAL) adi kommersiya reysindən istifadə edib. Türkiyə rəsmiləri isə İsrail Prezidentinin sözügedən mülki təyyarədə olması barədə məlumatlarının olmadığını təsdiqləyiblər.

Bəs beynəlxalq aviasiyada bu sistem necə işləyir?

Türkiyə tərəfi İsrail prezidentinin hava gəmisində olması barədə məlumatı olmalı idimi?

Xüsusilə qeyd edək ki, hər hansı bir ölkənin müntəzəm aviareyslərdəki sərnişinlər barədə tranzit ölkələrə məlumat vermək öhdəliyi yoxdur. Beynəlxalq aviasiya qaydaları da belə bir məcburiyyət nəzərdə tutmur.

Bu məsələ Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) qaydalarına və beynəlxalq hava naviqasiyasında tətbiq olunan standart proseduralarda öz əksini tapır.

Mülki təyyarə beynəlxalq marşrut üzrə müntəzəm reys həyata keçirərkən tranzit ölkələrin hava hərəkətini idarəetmə xidmətlərinə uçuş planı, hava gəmisinin tipi, uçuş dəhlizi və əsas texniki məlumatlar ötürülür. Lakin təyyarədəki sərnişinlərin şəxsiyyətləri və ya göyərtədə yüksəkvəzifəli şəxslərin (VIP) olub-olmaması barədə heç bir halda məlumat verilmir.

Türkiyə tərəfinin tətbiq etdiyi qadağa İsrailə məxsus hökumət və dövlət təyyarələrini, o cümlədən "Sionun qanadı" kimi tanınan rəsmi dövlət təyyarəsini əhatə edir.

AZAL-a məxsus müntəzəm sərnişin təyyarələri isə standart kommersiya reysləri həyata keçirdiyindən sözügedən hava gəmisi İsrail tərəfindən yüksəkvəzifəli dövlət rəsmisinin tranzit keçidi üçün xüsusi icazə tələb edilməyə ehtiyac duyulmadan Türkiyənin hava məkanından istifadə edilib.

Qeyd edək ki, zirvə görüşü 29 üzv ölkə ilə yanaşı, müşahidəçi dövlətlər, tərəfdaşlar və beynəlxalq təşkilatların nümayəndələrinin də daxil olduğu 50-dən çox nümayəndə heyətinin iştirakı ilə keçirilib.

Toplantıda Özbəkistan, Qırğızıstan, Laos, İsrail, Kamboca və bir sıra digər ölkələrin dövlət və hökumət başçıları, Türkiyə, Rusiya, Çin və digər ölkələrin xarici işlər nazirləri, eləcə də yüksəkvəzifəli rəsmi nümayəndələri iştirak ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://axar.az
archiveBu xəbər 16 Oktyabr 2026 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see380

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see338

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see328

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see311

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see302

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see296

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see273

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see254

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see251

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see238

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see229

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see216

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see205

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see203

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see201

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see199

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see194

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see184

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see178

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri