Icma.az
close
up
RU
AZAL ın təyyarəsi və ayının qış yuxusu

AZAL ın təyyarəsi və ayının qış yuxusu

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ayı qış yuxusundadır. İfadə təkcə təbiət hadisəsi deyil, eyni zamanda, deyimdir. Bu deyimdə ona münasibətdə, müəyyən mənada, simpatiya da var. O anlamda ki, heyvan azuqəsini toplayır, yuxuya gedir, hərdən ayılıb yığdıqlarından yeyir və təkrar yuxulayır. Yəni, qış yuxusu müddətində ayı ziyansız, yaxud az ziyanlı olur.

Onu da bildirək ki, ayı nə qədər yırtıcı olsa da, insanlarımızın təsəvvüründə, o, geniş mənada mərd məxluqdur. Ancaq leksikonda ayrıca “rus ayısı” deyimi də vardır. Rus ayısı heç bir qayda-qanun tanımır, qarşısına keçən hər şeyi silib-süpürür, dağıdıb-tökür.

Mətləbə keçərək bildirək ki, əslində, Qazaxıstan Nəqliyyat Nazirliyinin “Azərbaycan Hava Yolları”na məxsus Embraer 190-100 IGW tipli sərnişin təyyarəsi ilə bağlı açıqladığı ilkin hesabat oxu atıb yayı gizlətməkdir. Ancaq, müsbət anlamda. Çünki ümid var. Ümid nəyədir və müsbət anlam nədir, məsələyə sonda aydınlıq gətirəcəyik.

Hesabatda bildirilir ki, dekabrın 25-də Bakıdan Qroznıya müntəzəm uçuş həyata keçirən AZAL-a məxsus sərnişin təyyarəsi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində GPS siqnallarının itməsi halı ilə üzləşib. Təyyarə hava şəraitinin əlverişli olmamasına görə, Qroznı üzərində enişi yerinə yetirə bilməyib və kapitan Bakıya qayıtmaq qərarı verib. Qərarın qəbulundan sonra hava gəmisində 24 saniyəlik fasilə ilə iki dəfə kənar səs eşidilib. Birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra isə 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

Həmçinin təyyarənin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub. Həmin zədələr hava gəmisinin salonun arxa hissəsində, xüsusilə şaquli və üfüqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub. Bütün bunlar təyyarə Qroznı üzərində olarkən baş verib. Ən əsası isə ilkin hesabatda hava gəmisinin quşlarla toqquşmasına, oksigen balonunun partlamasına işarə edən hər hansı fakt yoxdur.

Bəli, hər şey gün kimi aydındır. Qazaxıstan Nəqliyyat Nazirliyinin təyyarə olayı ilə bağlı açıqladığı ilkin hesabat isə hava gəmimizin vurulmasını etiraf etmək və müvafiq addımlar atmaq baxımından şansdır. Yəni, Rusiyaya verilmiş şans. Ancaq “Şimal”dan gələn soyuq reaksiyalarda məsələyə şans prizmasından yanaşılmır. Bu barədə söz açmazdan əvvəl bir məqamın üzərində dayanaq.

Məlum olduğu kimi, təyyarə olayından dərhal sonra Rusiyanın media orqanları, eləcə də bəzi rəsmi təmsilçiləri belə rəy formalaşdırmağa çalışırdılar ki, guya, “AZAL”a məxsus təyyarə havada olarkən quşlarla toqquşub. Belələri sonradan oksigen balonunu da “partlatdılar”. Ancaq hadisədən ötən bir həftə ərzində, demək olar, hər şey məlum oldu. Üstəlik, Azərbaycanın olaya prinsipial yanaşdığı da göründü və düşünülürdü ki, Rusiya tərəfi ümumi axara qoşulacaq və təxminən belə münasibət bildirəcək: araşdırma və təhqiqat aparılıb, müəyyənləşib ki, Azərbaycanın təyyarəsinə atəş açılıb. Bu, bilməyərəkdən olub və sair və ilaxır.

Lakin qeyd etdiyimiz məntiqi ssenari reallaşmadı. Təyyarənin “qara qutu”sunun oxunmasının başa çatdırıldığına dair məlumat yayılanda isə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ciddi şəkildə elə təsəvvür formalaşdırdı ki, sanki “qara qutu”dan “çıxanlar” dövriyyədə olan kənar təsir versiyasını heçə endirir. Əlbəttə, Kremlin baş diplomatı təfərrüatlara getmədi və gedə bilməzdi. Çünki onun spekulyativ diplomatiyasına fakt anlayışı yaddır. Həm də nazirin məqsədi başqa idi. O, birincisi, ölkəsinin “təbliğat industriyasını təşkil edən “iskraçılara” köhnə şablonlarla davam etməyə dair “yem” verirdi. Yəni, Lavrovun dilə gətirdikləri əvvəlki cəfəngiyyatı tirajlamaq göstərişi idi. Açığı, rusiyalı nazirin belə qeyri-korrekt yanaşmasından sonra gözləmək olardı ki, o, Azərbaycana məxsus hava gəmisinin Qroznı üzərində peyda olmuş yadplanetlilər tərəfindən vurulduğunu da iddia edəcək. Çox şükür ki, XİN rəhbəri bu fantaziyanı işə salmadı.

Ancaq Rusiyanın baş diplomatı başqa fikirlər səsləndirdi. Məsələn, o, ölkəsi ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bildirdi, bəzi rəqəmləri açıqladı və nəhayət, 2020-ci ildə Rusiyanın hərbi helikopterinin Azərbaycan tərəfindən vurulduğunu yada saldı. Lavrovun sözlərindən belə çıxdı ki, Bakı ilə Moskva arasında münasibətlər o qədər yüksək səviyyədədir ki, ölkələr bir-birinə nələrisə keçə bilərlər. Sanki Rusiya Azərbaycanın hərbi helikopteri vurmasına göz yumub və indi növbə bizimdir. Ancaq məlumdur ki, ölkəmiz olaya görə rəsmi şəkildə qonşu dövlətdən üzrxahlıq etmiş, zərəri qarşılamış, müvafiq təzminat ödəmişdi. Başqa nə olmalı idi ki? Halbuki, beş il əvvəl üzrxahlıq etməyə də bilərdik. Çünki 44 günlük müharibə başa çatmamışdı, Rusiyanın hərbi helikopteri isə Naxçıvan istiqamətində gizlincə hərəkətdə olan erməni hərbi kalonunu müşayiət etmiş, qanuni hərbi hədəfə çevrilmişdi. Azərbaycan, həmçinin 2023-cü ilin lokal xarakterli antiterror tədbirləri zamanı Rusiya sülhməramlılarının məhvinə görə də üzrxahlıq bildirməyə bilərdi. Çünki onlar kazarmaları tərk etməməklə bağlı xəbərdarlıq almışdılar.

***

Əlqərəz, Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL-a məxsus sərnişin təyyarəsi ilə bağlı açıqladığı ilkin hesabatdan sonra “Rosaviasia” məsuliyyətdən yayınmaq üçün əsassız açıqlamalarla çıxış edib. Üstəlik, “Şimal” mediası da köhnə şakərindədir. Axı Azərbaycan təyyarəsinin Qroznı üzərində ardıcıl bir neçə dəfə atəşə tutulduğu və nəticədə hava gəmisinin əsas idarəetmə sistemləri sıradan çıxdığı məlumdur və məsələ barədə söz açdıq. Bu hal 05:13:32-də qeydə alınıb. Əlaqələndirici dispetçer isə “Ковер” əməliyyatı barədə Qroznıya 8 dəqiqə sonra - 05:21:42-də məlumat verib. Aydındır ki, təyyarə ekipajının, ümumən Azərbaycan tərəfinin “Ковер” əməliyyatından xəbəri ola bilməzdi. Ancaq belə qənaət hasil olur ki, Rusiya tərəfi hadisəni ört-basdır etməkdə, məsuliyyəti təyyarə heyətinin üzərinə atmaqda israrlıdır. Görəsən, nə üçün?

Təyyarəyə kənar obyektlərin haradan təsir göstərməsinə gəlincə, Azərbaycan təyyarəsinə atəş Çeçenistanın paytaxtı Qroznının Xankala qəsəbəsində yerləşən hərbi hissədən açılıb. Bunu sübuta yetirmək üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. Hazırda həmin hərbi hissədə istintaq gedir. Niyə başqa yerdə yox, məhz orada? Çünki Rusiya tərəfinə də hər şey məlumdur.

Qeyd edək ki, Azərbaycana məlum olan bəzi başqa məqamlar da var. Məsələn, təyyarəmizə atəş əmri verənlərin və atəş açanların kimliyi. O da məlumdur ki, rusiyalı müstəntiqlər atəşin niyə açılmasının səbəblərini müəyyənləşdirmək istəyirlər. Onlar dindirmə zamanı məhz bu suala cavab tapmağa çalışırlar.

Digər tərəfdən, Azərbaycan hökumətindəki mənbə fevralın 4-də "Reuters” agentliyinə açıqlamasında təyyarəmizin Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi ilə vurulduğunu bildirib. Əvvəldə gündəmdə olan bu fikir Qazaxıstanın açıqladığı ilkin hesabatın hava gəmisinə kənar müdaxilə məntiqində də yer alır. Mənbəmiz təsdiqləyir: “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmenti var”.

Bəli, ortada bu qədər fakt və sübut varkən, Rusiyanın hələ də olaya fərqli don geydirmək niyyəti qəribə təsir bağışlayır. Yuxarıda “Nə üçün?” sualını vermişdik. Başqa suallara da ehtiyac var. Görəsən, rəsmi Moskva məsuliyyətdən yayınaraq kimi və ya kimləri qorumaq istəyir? Yoxsa hesab edir ki, ona hər şey olar? Axı olayla bağlı araşdırmalarda Qazaxıstanla yanaşı, Azərbaycanın, təyyarə istehsalçısı Braziliyanın, ən əsası isə Rusiyanın özünün mütəxəssisləri iştirak ediblər. Kremldə isə belə demək mümkünsə, hələ də “quş uçurtmaqla” məşğuldurlar. İndi nə düşünək? Düşünək ki, Rusiya boyda ölkənin hava məkanını “kor toyuqlar” qoruyur? Bəlkə ölkənin başbilənləri müdafiəsinə qalxdıqları kimlər üçünsə tarixi təkrarlamaq niyyətindədirlər?

Yəni, 2014-cü ilin iyulunda “Malaysia Airlines” aviaşirkətinə məxsus “Boinq-777” təyyarəsi Amsterdamdan Kuala-Lumpura uçarkən, Ukraynanın cənub-şərq hissəsində vurulmuş, 298 nəfər həyatını itirmişdi. Həmin vaxt hava gəmisinin Rusiya tərəfindən işğal olunmuş Donbasın hava məkanında, özü də Rusiyaya aid silahla vurulması təsdiqlənmişdi. Ancaq rəsmi Moskva bugünədək məsuliyyəti öz üzərinə götürmür, tam əsassız yerə Ukraynanı günahlandırır.

Sonda deyək ki, hazırda təyyarə olayı ilə bağlı sübut bazası formalaşır, əlavə faktlar və dəlillər toplanır. Azərbaycan dövləti onların əsasında beynəlxalq məhkəməyə müraciət üçün hazırlıq işləri görür. Ancaq Qazaxıstanın açıqladığı ilkin hesabatın oxu atıb yayı gizlətmək məntiqindən görünür ki, Rusiya üçün dialoq qapısı da açıq saxlanılır. Əvvəldə haqqında söz açdığımız ümid elə budur. Ümid var ki, “rus ayısı” qış yuxusundan ayılacaq. Yəni, Moskva günahını açıq şəkildə etiraf edib məsuliyyəti öz üzərinə götürəcək.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:215
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 09:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri