Icma.az
close
up
RU
AZAL insanların əvəzinə ərik daşıyır, bu, biabırçılqdı Novella Cəfəroğlu

AZAL insanların əvəzinə ərik daşıyır, bu, biabırçılqdı Novella Cəfəroğlu

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

"Bu Naxçıvan məsələsini orada oturan millət vəkilləri nə üçün qaldırmırlar?"Mən hamıya, bütün dövlət orqanlarına, nazirlərə, məmurlara, deputatlara -hamıya müraciət edirəm, Naxçıvana sahib çıxın!" 

Qarabağ işğal olundu, 30 ilə yaxın düşmən tapdağında qaldı, amma azad olundu, indi quruculuq, tikinti-abadlıq işləri gedir, insanlar doğma yurdlarına qayıdır, məskunlaşma hər keçən gün genişlənir, di gəl Naxçıvanın dərdi bitmir ki bitmir.

Dərd əvəzinə problem də yaza bilərdik. Amma yox, problem odur ki həll olunur, yaxud həllinə cəhd edilir. Naxçıvana münasibətdə bunu demək olmur. Bir halda ki 30 ildən çoxdur problem həll olunmur, təyyarə reysləri, bilet məsələsi, işsizlik, gəliş-gediş çətinliyi... bu, elə dərddir ki naxçıvanlılar mübtəla olub. Dəqiq deyək; onları bu dərdə mübtəla edənlər var. 

“Gündəlik Naxçıvan”nın xəbərinə görə, hazırda Naxçıvan əhalisi təyyarəyə bilet tapmır, çünki sərnişin yerlərini Bakıya göndərilən ərik yüklənmiş yeşiklər tutur. Vətəndaşların dediyinə görə, ərik yeşiklərinin daşınması sərnişin daşınmasından sərfəlidir deyə, sərnişin yerlərinin sayını bilərəkdən azaldır, sərnişinləri ərik yeşikləri ilə əvəz edirlər. Babək rayonunda isə, deyilənə görə, icra başçısının hansısa rəssama ödəməli olduğu pulu icra nümayəndələrindən toplayırlar. hədələnir. ırin əmək haqqı verilmr. Naxçıvan Nazirlər Kabinetinin əməkdaşlarının isə 2 aydır əmək haqqı almadığı və bunun “büdcədə pul yoxdur”la əsaslandırıldığı deyilir. 

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Təşkilatının sədri, Naxçıvanda doğulub böyümüş Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında yaranmış vəziyyətin acınacaqlı olduğunu dedi:  

- Naxçıvan mənim ağrılı yerimdi. İllərdir onların yaşayışına şahidəm, qohumlarım necəə əziyyət çəkir, görurəm! Ümid bircə təyyarəyədir ki, Bakıya gəlsinlər, onu da əllərindən alırlar. Bu Naxçıvan məsələsini orada oturan millət vəkilləri nə üçün qaldırmırlar? İndi dəb düşüb, hamısı deyir, Qərbi Azərbaycanlıyıq. Qərbi Azərbaycanlıların əksəriyyətinin babalari elə Naxçıvanda anadan olub. Naxçıvanın çörəyini yemisiniz, suyunu içmisiniz, Naxçıvanda böyümüsünüz. Durun səsinizi çıxarın, insanların halına acıyın. AZAL insanların əvəzinə ərik daşıyır. Bu, biabırçılqdı. Bəs vertolyotlar da var axı. 1-2 saata Bakıya çatdıra bilər. Özüm vertolyotla uçmuşam, bilirəm. Naxçıvan camaatına axı nə qədər əzab-əziyyət vermək olar?!. 30 ildir bu insanlar blokada şəraitində yaşayır. Elə bilirdim, ümid edirdim Qarabağdan sonra Naxçıvanın problemlərinə də diqqət ayrılacaq. Amma olmadı. Çoxu işsizdir. İş üçün, qazanc üçün Türkiyəyə gedirlər, orda da döyülürlər, söyülürlər. Bakiya da gələ bilmirlər. Bir söz demək istəyəndə, başımıza qaxınc edirlər ki, bütün vəzifəlilərdə oturanlar sizinkilərdi. Hansılardı, adlarının deyin, gedək qapılarını döyək, yiyə dursunlar bu Naxçıvan əhalisinə. Qərbi Azərbaycandan gələn hər bir kəsi Naxçıvan camaatı bağrına basıb, ermənidən qoruyub, mənim anamın anası bütün qohum-əqrabasıyla o vaxt İrəvandan gəlib Naxçivana, burda ev olublar, uşaq sahibi olublar, Naxçıvanı Vətən biliblər özlərinə. İrəvanı yaddan çıxarmayiblar, amma Naxçıvanın hər dərdinə şərik olublar. Mən hamıya, bütün dövlət orqanlarına, nazirlərə, məmurlara, deputatlara – hamıya müraciət edirəm, Naxçıvana sahib çıxın! 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 İyul 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri