Icma.az
close
up
RU
“Azadlıqdan məhrum edilmə əvəzinə, ev dustaqlığı və cərimə daha effektivdir NOVELLA CƏFƏROĞLU

“Azadlıqdan məhrum edilmə əvəzinə, ev dustaqlığı və cərimə daha effektivdir NOVELLA CƏFƏROĞLU

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Avropa Şurasının yaydığı son hesabatda qeyd olunur ki, Azərbaycan üzv ölkələr arasında həm məhbusların ümumi sayı, həm də həbsxanalardakı sıxlıq baxımından ön sıralarda qərarlaşır.

Bu vəziyyət cəmiyyət və dövlət üçün bir sıra sosial, hüquqi və iqtisadi problemlər yaradır. Bəzi mütəxəssislər hesab edir ki, problemin həlli üçün yeni həbsxanaların tikilməsi zəruridir.

Digərləri isə genişmiqyaslı amnistiyanın elan olunmasını təklif edirlər.

Bəs bu problemin əsas səbəbləri nələrdir və onun effektiv həlli hansı yanaşmaları tələb edir?

Hüquq müdafiəçisi Novella Cəfəroğlu Gununsesi.info-ya açıqlamasında bildirib ki, bugünkü reallıq göstərir ki, məhkəmələr tərəfindən həbs cəzası verilən şəxslərin əhəmiyyətli bir qismi cəmiyyət üçün təhlükə yaratmayan, ictimai zərər törətməyən insanlardır:

“Belə şəxslərin azadlıqdan məhrum edilməsi əvəzinə, onların ev dustaqlığına buraxılması, cərimə və ya məcburi əmək cəzaları ilə əvəz olunması daha effektiv və humanist bir yanaşma ola bilər.

Misal üçün, bəzi hallarda yüksək məbləğdə cərimə tətbiq edilməsi həmin şəxs üçün azadlıqdan məhrumetmə cəzasından daha ağır təsir göstərə bilər. Eləcə də, məcburi ictimai işlərə cəlb olunaraq qazandıqları vəsaitin dövlət büdcəsinə yönəldilməsi həm cəza tədbirinin icrasına, həm də dövlətə fayda verə bilər.

Bu kimi alternativ tədbirlərin tətbiqi nəticəsində məhkumların əhəmiyyətli bir hissəsi cəza müddətini ev şəraitində keçirə bilər ki, bu da öz növbəsində həbsxanaların yüklənməsinin azalmasına xidmət edər”.

Novella Cəfəroğlunun fikrincə, belə hüquqi islahatlar həyata keçirilərsə, Ədliyyə Nazirliyində yaradılacaq müvafiq komissiyalar vasitəsilə cəza müddətinin yarıdan çoxunu və ya 3/2-ni başa vurmuş şəxslərin işlərinə yenidən baxılması təmin edilə bilər:

“Həmçinin, cəzasının böyük hissəsini çəkmiş məhkumların azadlığa buraxılması prosesi sürətləndirilə bilər.

Əsas məsələ təşəbbüs göstərməkdir. Əgər istək və yeniliyə doğru addım atmaq iradəsi varsa, bu kimi islahatlar hər bir nazirlikdə həyata keçirilə bilər.

Bu, həm Azərbaycan cəmiyyətinin rifahına, həm də dövlətin daxili sabitliyinin güclənməsinə ciddi töhfə verər. Ətrafdan gələn təzyiq və təxribat cəhdlərinə də ən yaxşı cavab məhz güclü daxili birlik və hüquqi islahatlarla verilə bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri