Icma.az
close
up
RU
AZALdan qəzada ölən və xəsarət alanlarla bağlı qərar Kompensasiya ödəniləcək

AZALdan qəzada ölən və xəsarət alanlarla bağlı qərar Kompensasiya ödəniləcək

“Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurasının qərarı ilə Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.

AzPost xəbər verir ki, bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.

seeBaxış sayı:81
embedMənbə:https://azpost.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri