“Azarkeşlər deyəcək ki, bizə yaxşı oyun yox, qələbə lazımdır” Elvin Cəfərquliyev
Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azarkeşlər deyəcək ki, bizə yaxşı oyun yox, qələbə lazımdır”.
QOL.az saytına açıqlamasında bu sözləri milli komandamızın müdafiəçisi Elvin Cəfərquliyev UEFA Millətlər Liqasının 5-ci turunda Estoniyaya qarşı keçirilən oyun barədə danışarkən deyib.
O, qolsuz heç-heçə yekunlaşan görüşü belə şərh edib: “Qrupa başlayandan qalib gələ bilməmişik. Estoniya ilə matçda qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirdik. Öz meydanımızda oynayırdıq. Yaratdığımız epizodlardan yaxşı istifadə edə bilmirdik. Rəqib isə kompakt oynayırdı. Əfsuslar olsun ki, qələbə qazanacağımız oyun heç-heçə bitdi”.
Cəfərquliyev qrup mərhələsinin son turunda İsveçə qarşı keçiriləcək səfər matçından da söz açıb: “Çox çətin səfər olacaq. İsveçin gücünü hamı bilir. Cəzalı duruma düşdüyüm üçün mən həmin matçda meydana çıxa bilməyəcəm. Uşaqların hər birinə uğurlar arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 17 Noyabr 2024 11:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















