Azarkeşlərdən Ferstappenin “Formula 1”dəki etirazına böyük dəstək
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Formula-1” azarkeşlərinin böyük əksəriyyəti Maks Ferstappenin yeni texniki qaydaları davamlı olaraq tənqid etməsinə haqq qazandırıb.
İdman.Biz xəbər verir ki, dördqat dünya çempionu yeni qaydaları yarışa zidd və “steroid qəbul etmiş “Formula-E” adlandırıb.
Avstraliya Qran-prisindən sonra tənqidlərini davam etdirən Ferstappen, Çin Qran-prisində “Red Bull” bolidindəki nasazlıq səbəbindən yarışdan kənarda qaldıqdan sonra da sərt açıqlamalar verib. O, bu yarışdan həzz alanların əsl mübarizəni anlamadığını söyləyib.
Hazırkı dünya çempionu Lando Norris, “Reysinq Bulls” komandasının yeni zelandiyalı pilotu Liam Louson və “Uilyams”ın pilotu Karlos Sayns da qaydalardan narazılıqlarını bildirsələr də, onların heç biri niderlandlı sürücü qədər sərt reaksiya verməyib.
“RacingNews365” nəşrin keçirdiyi sorğuda iştirak edənlərin 78,26 faizi Ferstappenin haqlı olduğunu və sadəcə öz fikrini bölüşdüyünü düşünüb. Respondentlərin 21,74 faizi isə onun tənqidləri dayandıraraq diqqətini bolidin inkişafına və etibarlılığına yönəltməli olduğunu bildirib.
Qarşıdan gələn həftəsonu isə sürücülər Yaponiya Qran-prisində mübarizə aparacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 25 Mart 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















