Azarkeşlərin qarşıdurması yaralılar var, 115 nəfər həbs edilib
Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Braziliyanın Fortaleza şəhərində yerli komanda ilə "Seara" arasında "Clasico Rey" derbisindən əvvəl azarkeşlər arasında şiddətli qarşıdurmalar olub.
İdman.biz xəbər verir ki, nəticədə sayı açıqlanmayan yaralıların olduğu və 115 nəfər həbs edildiyi bildirilir.
Kəmər, daş və çubuqdan istifadə ilə müşayiət olunan toqquşmalar şəhərin dörd fərqli yerində, o cümlədən oyunun keçirildiyi “Kastelao” stadionunun yaxınlığında baş verib. Saxlanılanlar arasında mütəşəkkil azarkeş qrupunun rəhbəri də var.
Vəziyyəti sakitləşdirməkdə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, özəl mühafizə agentliyinin 500 əməkdaşı da iştirak edib.
Qeyd edək ki, Seara ştatının çempionatı çərçivəsində keçirilən oyunda "Fortaleza" "Seara"ya 1:2 hesabı ilə məğlub olub.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Fevral 2025 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















