Azarkeşlərin vəfasızlığından şikayətləndi
Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
İngiltərənin "Liverpul" klubunun canlı əfsanəsi Məhəmməd Salah klubdakı vəziyyətindən və ona qarşı olan münasibətdən narazıdır.
QOL.az "The Touchline"a istinadən xəbər verir ki, 33 yaşlı misirli ulduz azarkeşlərin "vəfasızlığından" məyus olub.
Hücumçu bu mövsüm statistik göstəricilərinin ötən illə müqayisədə aşağı düşdüyünü etiraf etsə də, klubun uğurları üçün etdiklərinin qarşılığında daha çox hörmət gözlədiyini bildirib. O, fanatların onun komanda üçün qazandığı kubokları və tarixi xidmətlərini çox tez unutduğunu düşünür.
Xüsusilə Afrika Millətlər Kuboku ərəfəsində yaşanan qalmaqal və mətbuatdakı tənqidlər futbolçunu hiddətləndirib. Bu gərginlik onun "Enfild"dəki gələcəyini də sual altına salıb.
Qeyd edək ki, Salah bu mövsüm "mersisaydlılar"ın heyətində keçirdiyi 26 oyunda cəmi 6 qol vura bilib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:163
Bu xəbər 14 Fevral 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















