Azarkeşlərin olduğu avtobusu yandıran şəxs həbs edilib
Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.
Belçika polisi Brüggedə İspaniyanın "Barselona" klubunun azarkeşlərinin olduğu avtobusu yandıran şəxsi həbs edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin özü də kataloniya təmsilçisinin tərəfdarı olub.
Hadisə UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda keçirilən "Brügge" – "Barselona" (3:3) oyunundan öncə baş verib. Bundan başqa, üzərində yanıcı maddələr aşkarlanan daha iki azarkeş barəsində də araşdırma aparılır.
Qeyd edək ki, sosial şəbəkələrdə azarkeşləri daşıyan avtobusun arxa hissəsində güclü tüstülənmə və açıq alovun əks olunduğu video görüntülər yayılıb. Xüsusi xidmət orqanlarının əməkdaşları sərnişinlərin nəqliyyat vasitəsini tərk etməsinə kömək ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 06 Noyabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















