Icma.az
close
up
RU
Azay Quliyev Astanada vacib məsələlərə toxundu

Azay Quliyev Astanada vacib məsələlərə toxundu

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Aprelin 22-də Astana şəhərində keçirilən Regional Ekoloji Sammit çərçivəsində “İqlim fəaliyyətində parlament diplomatiyası: Mərkəzi Asiya perspektivi” mövzusunda beynəlxalq dəyirmi masa təşkil olunub. Tədbir Mərkəzi Asiyada iqlim dəyişikliyi ilə mübarizə, dayanıqlı inkişaf və parlamentlərarası əməkdaşlığın gücləndirilməsi məqsədi daşıyıb.

Tədbirdə Qazaxıstan Respublikası Senatının sədri Maulen Ashimbayev, ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri Azay Quliyev, ATƏT-in iqtisadi və ekoloji fəaliyyət üzrə koordinatoru, səfir Bakyt Dzhusupov, ATƏT PA-nın Baş katibi Roberto Montella, BMT Baş katibinin müavini Haoliang Xu və digər rəsmi şəxslər çıxış ediblər.

Azay Quliyev çıxışında Qazaxıstan Respublikası Senatının sədri Maulen Aşimbayevə dəvətə və tədbirə ev sahibliyinə görə səmimi təşəkkürünü bildirib. O, iqlim dəyişiklikləri ilə birgə mübarizə yolları və onun dayanıqlı inkişaf, bağlantılar, ticarət, texnologiya, süni intellekt və təhlükəsizlik sahələrinə təsiri barədə fikir mübadiləsinin əhəmiyyətini qeyd edib.

Xəzər və Aral dənizlərinin səviyyəsinin davamlı azalması ciddi narahatlıq doğurur

Deputat bildirib ki, ATƏT Parlament Assambleyasının İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə Baş Komitəsinin sədri kimi son illər region parlamentləri ilə əməkdaşlıq təcrübəsi bir mühüm reallığı təsdiqləyib: iqlim dəyişikliyi sektoral məsələ deyil, cəmiyyətlərin əsaslarını dəyişən, dövrümüzün əsas kəsişən çağırışıdır. 

Azay Quliyev bildirib ki, qlobal temperaturun artması, su qıtlığı və ekstremal hava hadisələri artıq iqtisadi sabitliyə, infrastruktura və regional bağlantılara təsir göstərir. Bu baxımdan o, Xəzər və Aral dənizlərinin səviyyəsinin davamlı azalmasını  ciddi narahatedici tendensiya kimi qiymətləndirib və bu istiqamətdə regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. 

Zəngəzur dəhlizi və onun TRİPP layihəsi Asiya və Avropanı bağlayan təhlükəsizlik kəməridir

Azay Quliyev diqqətə çatdırıb ki, iqlim dəyişiklikləri bağlantılıq anlayışına yanaşmanı dəyişir. Nəqliyyat dəhlizləri, enerji sistemləri və logistika şəbəkələri getdikcə daha çox ekoloji risklərə məruz qalır. Bu baxımdan bağlantılıq yalnız iqtisadi və geosiyasi proseslərə deyil, eyni zamanda iqlim dəyişikliyinə də davamlı olmalıdır. Deputatımız bildirib ki, Mərkəzi Asiyanın və Cənubi Qafqazın Avropa ilə Asiya arasında tranzit mərkəzi kimi rolu artır. Bu kontekstdə Orta Dəhliz, o cümlədən Zəngəzur dəhlizi və onun TRİPP layihəsi parçalanmış qlobal mühitdə qitələri birləşdirən təhlükəsizlik kəməri kimi xüsusi əhəmiyyət kəsb edir.

Çıxışda ATƏT-in Xəzər dənizi regionunda həyata keçirdiyi “Yaşıl limanlar və bağlantılılığın təşviqi” layihəsinin dayanıqlı və davamlı əlaqələrin inkişafına töhfə verdiyi qeyd olunub. Eyni zamanda bildirilib ki, bu cür təşəbbüslərin effektivliyi iqlim dəyişikliklərinə uyğunlaşma səviyyəsindən asılı olacaq və iqlim amilləri infrastruktur planlaşdırılmasına sistemli şəkildə daxil edilməlidir.

Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə 2024-cü il Strateji Tərəfdaşlıq Sazişi 

ATƏT PA-nın komitə sədri Azay Quliyev vurğulayıb ki, rəqəmsallaşma və süni intellekt iqtisadiyyatların inkişafı üçün yeni imkanlar açsa da, artan enerji tələbatı ilə bağlı əlavə ekoloji çağırışlar yaradır. Bu səbəbdən texnoloji inkişafın dayanıqlı enerji siyasəti ilə uzlaşdırılması vacibdir. O qeyd edib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə 2024-cü il Strateji Tərəfdaşlıq Sazişi texnoloji inkişafın dayanıqlı enerji həlləri ilə uzlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımdır.

ATƏT Parlament Assambleyasının rolu

Deputat çıxışında ATƏT Parlament Assambleyasının bu sahədə roluna da toxunaraq bildirib ki, qurum iqlim dəyişiklikləri, iqtisadi dayanıqlıq, təhlükəsizlik və texnologiya arasında qarşılıqlı əlaqələrin müzakirəsi üçün mühüm platformadır.

Qeyd olunub ki, bu məsələlər cari ilin iyul ayında Haaqada keçiriləcək komitənin  illik sessiyasında da əsas prioritetlərdən biri olacaq və parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işlər davam etdiriləcək.

Tədbir müzakirələr və sual-cavab sessiyası ilə davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Aprel 2026 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri