Icma.az
close
up
RU
Azay Quliyev ATƏT PA nın Qış Sessiyasında çıxış edib

Azay Quliyev ATƏT PA nın Qış Sessiyasında çıxış edib

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ATƏT PA-nın fevralın 20-də Vyanada işinə başlayan Qış Sessiyasında İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin iclası keçirilib. Iclas ATƏT PA-nın sosial media qurumları vasitəsilə canlı yayınlanıb.

İclası giriş sözü ilə açan Komitənin Sədri Azay Quliyev ölkəmizin maraqları baxımından bir neçə vacib məsələlər, o cümlədən  Orta Dəhlizin strateji əhəmiyyəti, İqlim böhranı və COP29-un uğrlu nəticələri, Süni intellektin  rolu və gələcək çağırışlar haqqında danışıb: 

“Biz tarixin mühüm bir mərhələsində görüşürük. Hazırda dünya müxtəlif böhranlar və çağırışlarla üz-üzədir. Müxtəlif regionlarda baş verən münaqişələr yalnız lokal təsirlərlə məhdudlaşmır, həm də təhlükəsizlik, iqtisadi sabitlik və sosial balansı pozur. Rusiya Federasiyasının Ukraynaya qarşı apardığı müharibə misilsiz insan iztirablarına səbəb olmaqla yanaşı, iqtisadi və ekoloji təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Bu müharibə nəticəsində bir çox ölkələrdə istehsal və yaşayış xərcləri artmış, vacib sənaye sahələri bağlanmış, bu isə sosial-iqtisadi fəsadlara gətirib çıxarmışdır”.

Orta Dəhliz- dayanıqlı və təhlükəsiz ticarət marşrutu haqqında danışan

Azay Quliyev daha sonra bildirib ki, müharibə qlobal tədarük zəncirlərini pozaraq, iqtisadi sabitliyi qorumaq və fasiləsiz əlaqəni təmin etmək üçün dayanıqlı və şaxələndirilmiş ticarət yollarının zəruriliyini ön plana çıxarmışdır. Bu kontekstdə Orta Dəhliz getdikcə daha mühüm bir alternativ kimi formalaşır. Avropanı Asiya ilə Cənubi Qafqaz və Mərkəzi Asiya vasitəsilə birləşdirən bu dəhliz, pozulmuş tədarük zəncirlərinə dayanıqlı və təhlükəsiz alternativ kimi çıxış edir. Orta Dəhlizin gücləndirilməsi təkcə iqtisadi deyil, həm də enerji təhlükəsizliyi, ticarətin şaxələndirilməsi və regional sabitlik baxımından strateji əhəmiyyət daşıyır.

Eyni zamanda, iqlim böhranı sürətlə dərinləşir. Ekstremal hava şəraiti insanların həyatına təsir edir, icmaları məcburi köçkün vəziyyətinə salır, iqlimlə bağlı miqrasiyanı artırır, iqtisadiyyata mənfi təsir göstərir və resurs qıtlığını daha da kəskinləşdirir. Hamımız hələ də bu ilin əvvəlində Kaliforniyada baş verən dəhşətli meşə yanğınlarının təsirli görüntülərini xatırlayırıq.

İqlim böhranı və COP29-un nəticələri

Bu kontekstdə, Bakıda keçirilən COP29 Sammiti iqlim böhranına qarşı təcili tədbirlərin görülməsinin zəruriliyini bir daha vurğuladı və bir sıra əhəmiyyətli nəticələrlə yadda qaldı. 

Belə ki:

* İnkişaf etmiş ölkələr 2035-ci ilə qədər illik iqlim maliyyəsini 300 milyard dollara çatdırmağı öhdəsinə götürərək əvvəlki 100 milyard dollarlıq hədəfi üç dəfə artırdı.

* Paris Sazişinin 6-cı maddəsi çərçivəsində beynəlxalq karbon bazarlarının tənzimlənməsi üçün yeni qaydalar müəyyən olundu. Bu, ölkələr arasında karbon kredit ticarətini tənzimləyən BMT-nin nəzarət etdiyi yeni bir mexanizmin yaradılmasına imkan verəcək.

* COP29 çərçivəsində “Bakı Adaptasiya Yol Xəritəsi” qəbul edildi. Bu təşəbbüs milli adaptasiya planlarının hazırlanmasını və icrasını sürətləndirmək, eləcə də iqlim təhdidlərinə qarşı dayanıqlılığı gücləndirmək məqsədini daşıyır.

Ötən il eyni zamanda ATƏT Parlament Assambleyası üçün də əlamətdar oldu. Belə ki, biz ilk dəfə olaraq COP tədbirində rəsmi iştirak etdik və parlament diplomatiyasının iqlim dəyişikliyi ilə mübarizədəki kritik rolunu vurğuladıq.

Süni intellektin  rolu və gələcək çağırışlar

Qlobal çağırışlar fonunda inkişaf edən texnologiyalar, xüsusən də süni intellekt (AI), mühüm imkanlar və eyni zamanda risklər yaradır. Komitəmizin son qətnaməsində də qeyd olunduğu kimi, AI müxtəlif sahələrdə inqilabi dəyişikliklər edə, aktual problemlərə innovativ həllər təklif edə bilər. Məsələn, AI erkən xəbərdarlıq sistemləri, aqrar istehsalın optimallaşdırılması və enerji sistemlərinin səmərəliliyinin artırılması sahələrində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verə bilər. Lakin AI-nin etik, təhlükəsizlik və bərabərlik məsələləri ilə bağlı yaratdığı riskləri də nəzərə alaraq, onun idarə olunması üçün ciddi yanaşmalar tələb olunur.

Gələcək prioritetlər

Baş Komitənin əsas diqqət yetirəcəyi məsələlər:

Qarşıdakı il üçün Komitənin prioritetləri əsasən aşağıdakı məsələlərə yönələcək:

* İqlim böhranının enerji təhlükəsizliyi, su çatışmazlığı və regional sabitliyə təsiri;

* Ukraynaya dəstək;

* Miqrasiya problemlərinin idarə olunması;

* Süni intellektin yaratdığı imkanlar və risklərə uyğun siyasətlərin hazırlanması.

Bundan əlavə, iqtisadi inkişafı təşviq etmək məqsədilə çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, korrupsiya ilə mübarizə və yaxşı idarəçilik məsələləri də gündəmimizdə əsas yer tutacaq.

ATƏT PA parlament diplomatiyasının imkanlarından istifadə edərək qlobal çağırışlara davamlı və səmərəli həll yolları tapmaqda qərarlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:235
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2025 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri