Icma.az
close
up
RU
“Azelekom” 9 milyonun yarısını maşınlarına xərcləyib: MMC nin “Motor Clinik”lə qəribə tender anlaşması

“Azelekom” 9 milyonun yarısını maşınlarına xərcləyib: MMC nin “Motor Clinik”lə qəribə tender anlaşması

Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda dövlət qurumlarının keçirdikləri tenderlər həmişə diqqət mərkəzində olub. Açıq mənbələrdən də aydın görünən odur ki, bu tenderlərin əksəriyyəti qurumlar tərəfindən əsasən özlərinə yaxın olan şirkətlərə verilir. Elə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun son bir ildə keçirdiyi tenderlərin nəticələrindən də bu aydın görünür. Tribunainfo.az-ın bu yöndə apardığı növbəti araşdırma isə AzTeleKom MMC ilə bağlıdır. 2024-cü ildə 24 tender keçirən sözügedən qurum ümumilikdə 8 milyon 849 min 90 manatlıq satınalma müqaviləsi imzalayıb.

Rəsmi satınalma saytında qeyd edilir ki, “AzTeleKom” MMC bu vəsaitlərin 4 milyon 488 min 652 manatını təkcə bir şirkətlə alqı-satqıya xərcləyib. Söhbət “MOTOR CLINIC” MMC ilə il ərzində bağlanmış iki müqavilədən gedir.

Belə ki, bu iki tenderin hər ikisi minik nəqliyyat vasitələrinə servis xidmətinin göstərilməsi və ehtiyat hissələrinin alınması məqsədi ilə təşkil olunub. “Minik nəqliyyat vasitələri üçün servis xidmətinin və ehtiyat hissələrinin” satın alınmasına MMC 3 milyon 14 min 897 manat, “Yük nəqliyyat vasitələri üçün servis xidmətinin və ehtiyat hissələrinin” satın alınmasına isə 1 milyon 473 min 755 manatlıq müqavilə bağlayıb.

“AzTeleKom”un balansında konkret olaraq hansı sayda avtomobilin olması barədə dəqiq məlumat yoxdur. Lakin görünən odur ki, bu nəqliyyat vasitələri üçün bunca vəsait bir qədər şişirdilmiş formadadır. Çünki bu qədər vəsait ən azı 1000 və ya ona yaxın sayda maşın üçün yetərli ola bilər ki, bu qədər nəqliyyat vasitəsinin “AzTeleKom”da olması bir qədər şübhə doğurur.

“AzTelekom” MMC-nin 2024-cü il ərazində keçirdiyi digər bahalı tenderlərin sayı isə iki olub. Onlardan biri 1 milyon 521 min 553 manat təşkil edən və “ALTEN” MMC ilə bağlanılmış müqavilədir. Bu müqaviləyə əsasən MMC şirkətə soyutma sistemlərinin (kondisionerlərin) dövri və ya təkrar texniki xidmətin göstərilməsini əhatə edir.

Üçüncü tender isə “AzTeleKom”la “Turan.İ.O” MMC-yə verilib. Kombi və qazanxana sisteminə texniki baxım və təmir xidmətlərinin göstərilməsini əhatə edən birinci tenderin dəyəri 803 min 67 min manat olub. Fasad və dam örtüklərinin əsaslı təmiri işlərinin satınalınması müsabiqəsinə görə isə tərəflər arasında 170 min 149 manatlıq müqavilə imzalanıb.

Keçirilmiş digər 19 tenderlərə gəldikdə isə onların məbləğləri elə də böyük olmayıb. Əsasən işçilər üçün geyimlərin, ehtiyat hissəslərinin və xüsusi promo məhsullarının alınmasına vəsait xərclənib.

Bəs, “AzTeleKom”un bahalı müqavilə bağladığı üç şirkət kimlərə məxsusudur və MMC ilə onlar arasında hansı əlaqə var? Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki,  “Motor Clinik” MMC haqqında elə də tutarlı məlumat yoxdur. Bəzi resurslarda şirkətin bir neçə təmir və ehtiyat hissəsləri satışı mərkəzləri fəaliyyət göstərdiyi, rəhbərlərindən birinin isə Fariz Şərifov olduğu qeyd olunur. Şirkətin nə rəsmi saytı, nə də hər hansı əlaqə nömrəsi yoxdur. Fariz Şərifova gəldikdə isə onun barəsində də hər hansı tutarlı məlumat əldə etmək mümkün olmayıb.

“AzTeleKom”un ikinci ən böyü tenderlərinin müştərifi olan “Alten Group” MMC isı 2009-cu ildə yaradılıb. Kondisoner və soyutma sistemləri üzrə aparıcı şirkətlərdən biri hesab olunur. Şirkət Yaponiyanın “Mitsubishi Heavy Industries Ltd” şirkətinin ölkəmizdəki dstribyütorudur. Şirkətin hüquqi ünvanı olaraq N. Nərimanov pr., ev 206, məh. 466 göstərilsə də, hazırda şirkətin Bakı şəhəri, Tbilisi prospekti 54 ünvanında ofisinin yerləşdiyi qeyd edilir. Hətta şirkətin rəsmi saytında belə rəhbərlik barədə heç bir qeyd yoxdur.

“Alten Group” Vergilər Xidmətinin rəsmi saytında riskli vergi ödəyicisi kimi qeyd edilməsə də, 2015-2023-cü illər ərzində davamlı olaraq cərimə edilib və maliyyə sanksiyaları tətbiq edilib. 2023-cü ildə isə şirkətin toplam 4500 manatdan çox vergi borcu olub. Bundan başqa, şirkət dəfələrlə audit yoxlamasından imtina edib və məhkəməyə verilib.

“TURAN.İ.O” MMC-yə gəldikdə isə bu şçirkət 2018-ci ilin noyabr ayının 26-da dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Yasamal rayonu, Yeni Yasamal 1, ev 10, mənzil 46, qanuni təmsilçisi isə Hüseyinov Nicat İldırım oğludur. 10 manat nizamnamə kapitalı olan “TURAN.İ.O” MMC digər dövlət qurumlarının da iri tenderlərinin əsas “müştərisi”dir. Hərşeyşünas olan bu şirkətlə Təhsil Nazirliyi arasında təmir işlərinin satınalması prosesi həyata keçirilsə də, digər qurumlara mebel və avadanlıq satıb.

Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru Tural Pirverdiyevdir. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus törəmə şirkətlərə də birbaşa rəhbərlik edəcək. Belə ki, Pirverdiyev Azeronline LTD, “Bakı telefon Rabitəsi” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelekom”un əsas səhmdarı olduğu “Azercell”ə də rəhbərlik edir.

Yazıda adı keçən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://pravda.az
archiveBu xəbər 19 Fevral 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see176

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see139

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see136

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see136

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see132

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see130

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see124

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri