Icma.az
close
up
RU
Azər Bağırov: “Çox “ucuz qollar” buraxırıq”

Azər Bağırov: “Çox “ucuz qollar” buraxırıq”

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kəpəz" bu gün Azərbaycan Premyer Liqasının 20-ci turunda "Neftçi" ilə üz-üzə gəlib. Sport24.az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan bölgə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı keçirilib.

Bağırov çox "ucuz qollar" buraxdıqlarını bildirib:

"Azarkeşlərimizə təşəkkür edirəm ki, komanda məğlub olanda da yanımızdadırlar. Çalışıb gələn oyunlarda səhvsiz çıxış edib, onların etimadını doğruldarıq.

Oyuna gəlincə, çox "ucuz qollar" buraxırıq. Bu da bizi məyus edir. Növbəti oyunlarda daha diqqətli olmalıyıq.

Bu gün Yusif İmanovun səhvləri var idi. Əvvəlki oyunlarda da bu olmuşdu. Təhlil edib, qərar verəcəyik. Yəqin ki, ölçü götürülər. Ohorinin gözündə bir az problem var idi, həkimə aparmışdıq. "Neftçi"yə jest etmək kimi bir fikrimiz yoxdur. İstəsəz, həkimə getməsi ilə bağlı olan qəbzləri də göstərə bilərəm.

Ceffersonun (braziliyalı futbolçu Cefferson Bentu) gedişi kluba böyük zərbə vurdu. O, komandada qalsaydı, biz bir vinger fikirləşirdik. Əfsuslar olsun ki, hələ də belə futbolçular var. Feijao (braziliyalı futbolçu Vitor Feijao) icazə ilə getmişdi. O da belə bir addım atmış olsaydı, icazə verilərdi. Ona klubun heç bir borcu da yox idi, həmçinin, çoxlu jestlər edilirdi. Amma əfsuslar olsun ki, heç cür ipə-sapa yatmırdı.

Düşünürəm ki, komanda Premyer Liqadan düşməyəcək. Öz gücümüzə inanıb o transferləri etdik.

Belə qollar olmur. Sadəcə, bu gün nədən qaynaqlandı… Yəni, belə qollar olmur. Mən bunu təsadüfə bağlamaq istəyirəm, bundan sonra daha diqqətli olmaq lazımdır.

Məqsəd İsayevin qırmızı vərəqə almasını psixoloji durumla bağlayıram. Əsəblər gərilmişdi".

"Kəpəz" növbəti turda "Sabah"ın qonağı olacaq. (Komanda.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 Fevral 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see406

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see362

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see329

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see321

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see281

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see270

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see236

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see232

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see209

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see204

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see195

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see192

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see183

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see171

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see167

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri