Icma.az
close
up
RU
Azər Bağırov ilk sınaqda “Qarabağ”dan xal ala biləcəkmi?

Azər Bağırov ilk sınaqda “Qarabağ”dan xal ala biləcəkmi?

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünən Mərdəkan və Zirədə keçirilən oyunlarla Misli premyer-liqasında 7-ci tura start verildi. Turun qalan matçlarına bu gün və sabah şahidlik edəcəyik. Həmin görüşlər də “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
1-ci dövrə, 7-ci tur
4 oktyabr
Qarabağ – Kəpəz 0:0
“Qarabağ”ın bu rəqiblə ev oyunlarının balansı: 31:+22=5-4, 62:19.
1992/93 – 0:0; 1993/94 – 1:1; 1994/95 – 0:2; 1995/96 – 3:0, 1:2; 1996/97 – 1:0; 1997/98 – 0:0; 1998/99 – 2:1, 0:2; 1999/00 – 2:1; 2000/01 – 2:1; 2001/02 – 3:2; 2003/04 – 4:0; 2004/05 – 1:1; 2005/06 – 0:0; 2006/07 – 3:0; 2010/11 – 3:0; 2011/12 – 1:0; 2012/13 – 3:1; 2015/16 – 3:0, 4:0; 2016/17 – 1:0, 2:1; 2017/18 – 2:0, 1:0; 2022/23 – 3:1, 3:1; 2023/24 – 1:1, 7:1; 2024/25 - 3:0, 3:0.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-40-10.
Hakimlər: NİCAT İSMAYILLI, Rahil Ramazanov, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR hakimi: Əli Əliyev.
VAR hakiminin köməkçisi: Rəşad Əhmədov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Bakı, “Azərsun Arena”. Saat 17.00.
Heç şübhəsiz, hazırda “Qarabağ”ın düşərgəsində toy-bayram əhval-ruhiyyəsi hökm sürür. Öz aramızdı, yəqin ki, bu ərəfədə “köhlən atlar”lə qarşılaşmağı arzulamayan komanda məhz “Kəpəz”di. Ancaq tale elə gətirib ki, Çempionlar Liqasında tarix yazan ağdamlılar qələbəyə həsrət qalan “sarı-göylər”lə üz-üzə gələcək. Əlbəttə, matçın favoritinin hansı komanda olduğunu saf-çürük etmək yersizdi. Axı “Qarabağ” hazırda bir oyun az keçirməsinə baxmayaraq, potensial liderdi və bu matçda da qələbə qazanmaqla mövqeyini bir qədər də möhkəmləndirməyə çalışacaq. Yenidən sabiq baş məşqçisi Azər Bağırovla anlaşan gəncəlilər isə yalnız “köhlən atlar”ın yorğun olmasına ümid edə bilər.
Bu komandalar indiyə qədər 61 dəfə qarşılaşıb. Bunların 35-də “Qarabağ”, 14-də “Kəpəz” qalib gəlib. 12-də “sülh” qeydə alınıb. Topların nisbətində “köhlən atlar” öndədi – 102:61.
Sumqayıt – Turan Tovuz
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 6:+1=3-2, 4:6.
2022/23 - 0:0, 2:1; 2023/24 - 0:0, 0:0; 2024/25 - 2:4, 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: FƏRİD HACIYEV, Rəhman İmami, Şirmamed Mamedov, Əkbər Əhmədov.
VAR hakimi: Rəvan Həmzəzadə.
VAR hakiminin köməkçisi: Akif Əmirəli.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Sumqayıt, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 19.30.
“Sumqayıt”ın 3-cü pillədə olmasını bəxt və rəqiblərin xal itkisi ilə izah etsək, yəqin azarkeşləri bizi daşqalaq etməz. “İmişli” ilə matçda texniki qələbə sayəsində sevinən “kimyaçılar” evdə “doğma divarlar” arasında “Neftçi”yə uduzdusa, Masazırda “Sabah” tərəfindən “topla döyüldü”. İndi çempionluğa iddialı “Turan Tovuz”un öhdəsindən gəlmək lazımdı ki, hadisələrin axarı bu yöndə müsbət proqnoz verməyə imkan vermir. Görünür, Saşa İliç hələ sabit nəticələr qazanmağın formulunu tapmaqda çətinlik çəkir. Belədə Kurban Berdıyevin çempionata bələd olması və məlum təcrübəsini, komandanın liderlik mövqeyini əldən vermək istəməyəcəyini nəzərə almaq lazımdı. İsətinlən halda, bizi Sumqayıtda maraqlı və baxımlı oyun gözləyir.
Bu komandalar indiyə qədər 12 dəfə üz-üzə gəlib. Bunların 4-də “Sumqayıt”, 4-də “Turan Tovuz” qələbə qazanıb, 4-də qalib müəyyənləşməyib. Topların nisbətində “kimyaçılar” üstündü – 15:14.
5 oktyabr
Karvan-Yevlax – Sabah
“Karvan-Yevlax” bu rəqiblə qarşılaşmayıb.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: TURAL QURBANOV, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov.
VAR hakimi: İnqilab Məmmədov.
VAR hakiminin köməkçisi: Namiq Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı, şəhər stadionu. Saat 15.00.
Uğursuzluq zolağına düşən “Karvan-Yevlax” ötən həftə “Neftçi”dən xal qoparmaqla psixoloji problemləri aradan qaldırmaq yönündə inamlı addım atdı. İndi daha bir iddialı komanda – “Sabah” ilə qarşılaşacaq Yevlax təmsilçisi yenə azı 1 xal uğrunda mübarizə aparacaq. Nominal meydan sahiblərinin “bayquşlar”a müqavimət göstərəcəyini proqnozlaşdıra bilərik. Masazır təmsilçisi isə xal itkilərini kompensasiya etmək üçün yalnız və yalnız qələbəyə can atacaq.
Qəbələ – Şamaxı
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 30:+10=13-7, 34:31.
2006/07 – 0:0; 2007/08 – 2:1; 2008/09 – 0:1; 2009/10 – 0:1, 1:1; 2010/11 – 0:1; 2011/12 – 0:0, 2:1; 2012/13 1:0, 1:2; 2013/14 – 3:2, 1:4; 2014/15 – 1:1, 1:1; 2015/16 – 1:1, 0:0; 2016/17 – 0:0, 4:3; 2017/18 – 3:0, 1:1; 2018/19 – 1:1, 0:0; 2019/20 – 0:4, 1:2; 2020/21 – 0:0, 2:0; 2021/22 – 2:1, 1:1; 2022/23 – 3:1, 2:0.
Cəzalı: Prins Ovusu (Qələbə).
“Futbol+”in proqnozu: 30-40-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR hakimi: Əliyar Ağayev.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Qəbələ, şəhər stadionu. Saat 17.30.
Tura Qəbələdə yekun vurulacaq. Eyniadlı komanda “Şamaxı”nı qəbul edəcək. “Qırmızı-qaralar”ın baxımlı oyun sərgiləməsinə rəğmən, qənaətbəxş nəticələr qazana bilmədiyindən xəbərdarsız. Bunun əksini isə “şirlər”də görürük. Şamaxı təmsilçisi həm baxımlı oyun göstərməklə futbolsevərlərə zövq verir, həm də lazım olan nəticəni qazana bilir. Belədə qonaqların bu matçda daha şanslı olduğunu proqnozlaşdırmaq olar.
Komandalar indiyə qədər 59 dəfə qarşılaşıb. Bunların 19-da “Qəbələ”, 19-da “Şamaxı” qalib gəlib, 21-də “sülh” qeydə alınıb. Topların nisbətində “şirlər” öndədi – 74:64.
1. Araz-Naxçıvan 7 4 2 1 10-9 14
2. Zirə 7 3 4 0 14-7 13
3. Turan Tovuz 6 4 0 2 7-4 12
4. Sumqayıt 6 3 2 1 9-4 11
5. Qarabağ 5 3 1 1 10-2 10
6. Sabah 5 2 2 1 5-3 8
7. İmişli 7 2 2 3 5-7 8
8. Neftçi 7 1 5 1 5-4 8
9. Şamaxı 6 1 3 2 8-7 6
10. Karvan-Yevlax 6 1 2 3 4-11 5
11. Qəbələ 6 1 1 4 6-8 4
12. Kəpəz 6 0 0 6 2-19 0
KƏNAN BAHADIR
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Qarabağ” 36 oyundu uduzmur və 4 matçdı qol buraxmır. Ağdamlılar son 3 ev görüşündə böyük hesabla qalib gəlib.
// “Turan Tovuz” son 5 qarşılaşmada qol vurub. Son üç görüşdə meydan sahibi olan komanda xal qazanmayıb.
// “Şamaxı” son 8 oyunda qələbə qazanmayıb. “Qəbələ” son iki ev matçında 2 top fərqi ilə qalib gəlib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 04 Oktyabr 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri