Icma.az
close
up
RU
Ayaks ilk xalını Qarabağ dan ala biləcəkmi?

Ayaks ilk xalını Qarabağ dan ala biləcəkmi?

Mia.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA çempionlar liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində sabah keçiriləcək "Qarabağ"-"Ayaks" qarşılaşması öncəsində baş məşqçilər media qarşısına çıxıb.

Mia.az xəbər verir ki, Niderland komandası artıq Bakıdadı və onlar bu gün "Neftçi" Futbol Klubunun (FK) bazasında açıq məşqə çıxıblar.

T.Bəhramov adına Respublika stadionunda isə qonaqların baş məşqçisi Fred Qrim və qapıçı, 24 yaşlı çexiyalı Viteslav Yaros mətbuat konfransına qatılıb. Yeri gəlmişkən, hazırda turnir cədvəlində "Qarabağ" 7 xalla 19-cu yerdə qərar tutub. "Ayaks" isə xalsız sonuncu yerin sahibidi. 

Sabahkı oyunun "Ayaks" üçün xüsusi əhəmiyyət daşımadığını söyləmək çətin deyil. Komanda Bakıya 2-ci heyətdə gəlib və belə düşünmək olar ki, "Ayaks" üçün bu oyunun prinsipial əhəmiyyəti yoxdu və "Qarabağ"dan xal alsa belə , bu, onun turnir cədvəlində yerinə və növbəti mərhələyə keçməsinə təsir etməyəcək. Amma "Qarabağ" bu oyundan möhkəm yapışmalıdı. Rəqibin 2-ci heyətdə gəlməsi də çaşdırıcı həmlə ola bilər və "Qarabağ"ın sayıqlığını itirməyə hesablanmış addım kimi səciyyələndirmək çox ağlabatan olardı. "Ayaks" bununla da bizim klubun ilk 24-lüyə düşməsinə ciddi əngəl yarada bilər.

Yeri gəlmişkən, "Qarabağ" indiki rəqibiylə bundan əvvəl elə bu meydanda görüşərək ona 3-0 uduzmuşdu. Tarixin təkrar olunmamasını istəyən on minlərlə şəxs var hazırda ölkədə. Məqamı gəlmişkən, stadionda böyük azarkeş ordusunun olacağı gözlənilir.  "Qarabağ" klubunun yaydığı məlumatda deyilir ki, bu günə qədər 27650 bilet satılıb. 

"Ayaks"ın baş məşqçisi  suallara cavabında bildirib ki,  onlar qələbə üçün döyüşəcək. F.Qrimin sözlərinə görə, onun komandasının çempionlar liqasından sonrakı aşağı mərhələdə öz mübarizəsini davam etdirmək şansı da tükənməyib.

Maraqlıdı ki, F.Qrimm "Qarabağ"ın oyun performansının dəyərləndirilməsi ilə bağlı suallara ümumi cavab verərək, qulaqardına vurub.

Daha sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov media nümayəndələri qarşısına çıxıb.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Dekabr 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri