Icma.az
close
up
RU
Azər Əmiraslanov: Dayanıqlı iqtisadi artım iqtisadiyyatın şaxələndirilməsini təmin edir AZƏRTAC

Azər Əmiraslanov: Dayanıqlı iqtisadi artım iqtisadiyyatın şaxələndirilməsini təmin edir AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycanda iqtisadi siyasətin əsas prinsiplərindən biri onun sosial siyasətlə əlaqələndirilməsidir. Həmin prinsip Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilib. Eyni zamanda, sosial islahatlarla iqtisadi islahatların uzlaşdırılması bizim islahatlar texnologiyasının əsas istiqamətlərindən biridir. Həmçinin əsas qanunda - ölkə Konstitusiyasında da qeyd edilir ki, bizim iqtisadi inkişaf modelimiz bazar münasibətlərinə, azad sahibkarlığa, xüsusi mülkiyyətçilik münasibətlərinə əsaslanır. Bütövlükdə iqtisadi sistem, sosial iqtisadi inkişaf modeli əhalinin rifahının, vətəndaşların həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Karyera İnkişaf Forumunun panel sessiyasında çıxışı zamanı deyib.

İqtisadi siyasətlə sosial siyasətin bir-biri ilə sıx bağlı olduğunu deyən A.Əmiraslanovun sözlərinə görə, istənilən halda ən təsirli sosial siyasət effektiv iqtisadi siyasət olduğu halda mümkündür: "Effektiv iqtisadi siyasət, makroiqtisadi siyasət, maliyyə sabitliyi olmalıdır ki, əhalinin gəlirləri real olaraq artsın, həyat səviyyəsi yüksəldilsin. İstənilən halda iqtisadi və sosial siyasətin tandemini müşahidə edirik. Son illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə nəzər salsaq, çoxsistemli kompleks tədbirlərin həyata keçirildiyini görə bilərik. O cümlədən məhz məşğulluq strategiyası, əmək bazarı və onun tənzimlənməsi iqtisadi siyasətlə sosial siyasətin kəsişmə nöqtəsində olan məsələlərdən biridir. Məhz effektiv məşğulluğun təmin edilməsi istiqamətində çox mühüm işlər görülür. Belə ki, əmək bazarı təhlil olunur, tələb, təklif öyrənilir. Digər tərəfdən işəgötürənlərlə işaxtaranların bir-biri ilə görüşdürülməsi, əmək bazarının çevik şəkildə tənzimlənməsi artıq məşğulluq, əmək bazarı məsələlərinə çoxsistemli kompleks şəkildə yanaşıldığının bariz nümunəsidir. Effektiv məşğulluq üçün də ən önəmli şərtlərdən biri özəl sektorun təşəbbüskar olmasıdır və onun dövlət tərəfindən dəstəklənməsidir".

Komitə sədri bildirib ki, hazırda əsas hədəf iqtisadiyyatın şaxələndirilməsidir. Etibarlı, effektiv məşğulluq üçün birinci şərt davamlı, dayanıqlı iqtisadi artımdır: "Davamlı, dayanıqlı iqtisadi artım isə iqtisadiyyatın şaxələndirilməsini təmin edir. Şaxələndirmədə əsas rolu qeyri-neft sektoru oynayır. Ölkəmizdə neft-qaz sektorunun ölkədə məşğulluqda payı heç 1 faiz etmir, daha dəqiq desək 0,6 faizdir. Yəni, gələcəkdə ölkəmizdə məşğulluğun təmin edilməsi üçün istənilən halda potensial sahə məhz qeyri-neft sektoru, o cümlədən də xidmət sektorudur. Bu gün ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş iqtisadi strategiya və ölkəmizin milli inkişaf prioritetlərinin əsas hədəfi də məhz davamlı dayanıqlı iqtisadi artımdır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Dekabr 2024 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see268

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see249

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see188

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see147

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri