Icma.az
close
up
RU
Azər Qasımlı saxlanıldı

Azər Qasımlı saxlanıldı

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının saxlanıldığı bildirilir.

“Səhər Azər oğlumuzu futbol məşqinə aparıb. Sonradan mənə zəng edib dedi ki, uşağı məm götürüm. Səbəbini soruşduqda, o, sadəcə yalnız “özün bilirsən” deyə bilib və əlaqə kəsilib”, - deyə politoloqun həyat yoldaşı Samirə Qasımlı Turan-a bildirib.

Hazırda Azər Qasımlının telefonuna zəng çatmır.

Noyabrın 22-də A.Qasımlı ölkədən buraxılmayıb. Üç gün sonra o, Bakı polisində bir neçə cinayət işi üzrə şahid qismində dindirilib.

seeBaxış sayı:76
embedMənbə:https://news24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri