“Sumqayıt”ın akademiyasında seminar
futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Sumqayıt” Futbol Akademiyasının üzvləri üçün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları tərəfindən maarifləndirici seminar təşkil olunub.
Futbolpress.az xəbər verir ki, U-15, U-16, U-17 və U-19 yaş qruplarının futbolçuları, məşqçiləri və klub rəsmilərinin iştirak etdiyi tədbir AMADA-nın nümayəndəsi Qüdrət Səfərovun təqdimatı ilə keçirilib.
Görüş zamanı nümunələrin götürülməsindən laboratoriya təhlilinədək dopinq nəzarəti prosesinin bütün mərhələləri gənc oyunçuların diqqətinə çatdırılıb. Həmçinin 11 antidopinq qayda pozuntusu, idmançıların hüquq və vəzifələri ətraflı şəkildə izah olunaraq, təmiz və dürüst idman mühitinin qorunmasında hər bir futbolçunun daşıdığı məsuliyyət xüsusi vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 18 Noyabr 2026 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















