Icma.az
close
up
RU
Azər Qismət: Milli təhlükəsizliyə təhdid yaradan istənilən nəsnə ləğv edilməlidir

Azər Qismət: Milli təhlükəsizliyə təhdid yaradan istənilən nəsnə ləğv edilməlidir

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Milli.Az yazıçı-jurnalist Azər Qismətin yazısını təqdim edir:

"Müxalifət" sözünün tərifində əsas vurğu belədir: Alternativ təklif edən bir qrup və ya insan qrupu. 
Müxalifət nə etməlidir? Tənqid etməli, konsepsiya irəli sürməlidir.

Yarandığı gündən AXCP və Müsavat partiyalarının alternativ təklifləri olubmu? Heç vaxt olmayıb. Adıçəkilən partiyaların sədrləri bunu onlardan istəyənlərə yalnız bir ifadə ilə cavab veriblər:

"Biz yalnız hakimiyyətə gələndən sonra konepsiyamızı irəli sürəcəyik".

Lakin kifayət qədər ağıllı adamlar onların bu bəyanatı fonunda təlaşa düşüblər. Çünki bu hansısa idarəyə deyil, ölkəyə rəhbərliyin seçilməsi söhbətidir. Əgər həmin konsepsiya ölkənin milli təhlükəsizliyinə təhdid xarakteri daşıyarsa, təbiii ki, ölkənin gələcəyini düşünən şəxslər təlaşa düşə bilər.

Hər iki partiyanın bağlanması nəyə görə lazımdır? Əgər söhbət rüşvətxorluq və korrupsiya faktlarının qabardılmasından gedirsə, Azərbaycan Prezidentinin  sərəncamı ilə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsi yaradılıb. Və bu günə qədər bu sahədə heç bir yüksək rütbəli şəxsə güzəşt edilməyib. Bu yaxınlarda daha bir əməliyyat nəticəsində daha bir rayonun icra hakimiyyətinin başçısı və məmurlar saxlanıldı.
Adıçəkilən partiyaların sədrləri sosial problemlərin qabardılması üçün lazımdırsa, onların əndişəsinə hacət yoxdur. Çünki sosial şəbəkə istifadəçiləri sosial  problemləri qaldırırlar. İctimai nəqliyyatdan tutmuş kommunal problemlərə qədər. Üstəlik, dövlət başçısı özü dəfələrlə bildirib ki, adi sakinlər də bu işə nəzarət etməlidir.
Əgər məmur özbaşınalığını vurğulayırlarsa, bunu Prezident də dəfələrlə vurğulayıb və xəbərdarlıq edib. Üstəlik özbaşınalıq nümayiş etdirən, vətəndaşların şikayətlərinə laqeyd yanaşan məmurların vəzifədən uzaqlaşdırlması barədə sərəncamlar da imzalayıb. 

Bəs, partiya sədrləri bizə harda lazım idi? Milli maraqlara və təhlükəsizliyə təhdid yarananda apadıqları siyasətdən tutmuş verdikləri bəyanatlara qədər dövlətin yanında olmalı, fəaliyyət planı paralel aparılmalı idi. Lakin nə gördük? 44 günlük müharibə vaxtı yalnız AXCP və Müsavat hökumətə dəstək nümayiş etdirmədi.   AXCP sədri 44 günlük müharibədən əvvəl Azərbaycan ordusunun qələbə qazanmağa hazır, yaxud qadir olmadığını vurğulamaqla, haqq işinə zərbə vurmağa cəhd etdi, ümidsizlik yaratmaq istədi. No War-çıların bir ucu gedib həmin partiyalara çıxdı. Müharibə istəməmək birbaşa xaicdən, xüsusən Fransa tərəfindən gələn təlimatlara uyğun hazırlanırdı. Yaxud, bu illər ərzində nə vaxtsa görmüsünüzmü, ölkəmizə səfər edən beynəlxalq nümayəndələr qarşısında Xocalı soyqırımından tutmuş ümumilikdə Qarabağ münaqişəsinin həllinə qədər məsələ qaldırsınlar, bu işin ədalətli həlli üçün tələblər irəli sürsünlər? Heç vaxt olmayıb.  Ümummilli lider Heydər Əliyevin rəhbərlik illərində, İlham Əliyevin prezidentliyi  dönəmində də adıçəkilən partiyaların sədası Fransa, ABŞ səfirliklərindən çıxıb. Kəşfiyyatçı attaşelər nə qərar veribsə (təbii ki, hökumətlərinin tapşırığı ilə), üstündən neçə gün keçər-keçməz xüsusən bu iki partiyanın sədrləri yeni aksiyanın təşkili barədə anons veriblər. Aksiyaların təşkili hakimiyyətə güc nümayişi, yaxud ədalətli işindən geri çəkdirmək cəhdi idi. Bunun adı nədir? Xəyanətkarlıq, üstəlik milli təhlükəsziliyə təhdid. Çünki işğal altında olan torpaqların azad edilməsi birbaşa milli təhlükəsizlik məsələsi idi.

AXCP və Müsavat partiyalarının ləğvi ölkədə avtoritarizm anlamına gəlməməlidir. Ona qalsa, müxalifətin ideal hesab etdiyi demokratik ölkələrdə də milli təhlükəsizliyə təhdid yaradan şəxslər, yaxud partiyalar ləğv edilir. Əgər hər iki partiyanın fəaliyyəti qaranlıq və şübhəlidirsə, birbaşa xarici ölkələrin təhlükəsizlik  orqanlarının təlimatlarına uyğundursa, sözsüz ki, bağlanmalıdır. Sağlam müxalifət yaranmalıdır: Xaricin təlimatları və tapşırıqları ilə oturub-durmayan, konsepsiya təklif edən, minlərlə face profil idarə edib təhqirlər yağdırmayan, öz sözünü sağlam  tənqid üzərində quran partiyalar.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri