Icma.az
close
up
RU
Azər Salahlı: “Azərbaycandan və ölkə xaricindən təkliflərim var”

Azər Salahlı: “Azərbaycandan və ölkə xaricindən təkliflərim var”

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi"dən ayrılan və hazırda azad agent statusuna malik olan Azər Salahlı Apasport.az saytına müsahibə verib. 

- Yeni mövsüm səni hansı komandada görəcəyik? "İmişli" və "Turan Tovuz"la yanaşı hallanır...
- Yeni mövsümə hansı komandada olacağım hələ bəlli deyil. Bir neçə təklifim var. Onları dəyərləndirib, qərarımı verəcəm. Azərbaycandan və ölkə xaricindən təkliflərim var. Klub adı çəkməyim doğru olmaz. Yaxın günlərdə yəqin bəlli olar.

- Ölkə xaricinə yollanmağın nə dərəcədə realdır? Heç ölkə xaricindən təkliflərin var və ya olarsa, düşünərsən?
- Ölkə xaricinə çıxmağı düşünürəm. Ancaq şərtlər çox önəmlidir. Belə əlbəttə ki, Azərbaycandan kənarda oynamaq istəyirəm. Necə olacağını zaman göstərəcək.

- Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq edilməyəcək. Buna görə yerli futbolçuların əksəriyyəti narahatdır. Səncə, bu qərar yerli futbolçuların oynamasına və ya maaşına təsir edəcək?
- Açığı, limit məsələsi barədə çox danışmaq istəmirəm. Çünki bu günə qədər bütün fikirlər deyilib. Onu deyim ki, mənim  üçün heç bir narahatçılığı yoxdur. Oynadığım bütün klublarda mübarizəmlə, rəqabət apararaq önə çıxmışam. Bu günə qədər  bütün məşqçilər məni oynadıb. Formanı haqq edib qazanmışam. Onun üçün də limitin ləğv edilib-edilməməsinin mənim üçün fərqi yoxdu.

- Necə düşünürsən, Azərbaycan millisinə yenidən cəlb olunmağın üçün seçəcəyin yeni komandanın təsiri olacaq?
- Milliyə yenidən dəvət almaq hansı kluba gedəcəyimdən yox, performansımdan asılıdır. Mən özümə inanıram. Getdiyim yerdə əlimdən gələni edib yenidən millidə olacam.

- Premyer Liqanın səviyyəsi yüksəlib? Yeni sezon daha güclü liqa olacağını ehtimal edirsən?
- Premyer Liqanın səviyyəsi hər keçən il daha da yüksəlir. Növbət mövsüm komanda sayı da artıb. Onsuzda Premyer Liqa asan keçmirdi. Bütün klubların özlərinə görə iddiası olur. Heç bir oyun asan olmur. Məncə, növbəti mövsüm də belə olacaq. Səviyyənin də artacağını düşünürəm.

Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm” Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq" AFFA-da klub nümayəndələri ilə görüş keçirilib Mövsümün ən çox azarkeş toplayan komandası müəyyənləşib Berezutski “Sabah”ı tərk etdi - RƏSMİ
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://apasport.az
archiveBu xəbər 16 İyun 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri