Icma.az
close
up
RU
Azerbaijan Fish Farm Azərbaycanı dünyanın ən böyük dəniz məhsulları sərgisində təmsil edir

Azerbaijan Fish Farm Azərbaycanı dünyanın ən böyük dəniz məhsulları sərgisində təmsil edir

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

6-8 may tarixlərində Barselonada baş tutacaq "Seafood Expo Global"da - ən böyük və ən nüfuzlu beynəlxalq dəniz məhsulları sərgisində Azərbaycanı yenidən "Azerbaijan Fish Farm" şirkəti təmsil edir. Azərbaycanı təmsil edən yeganə şirkət kimi, "Azerbaijan Fish Farm" ölkənin davamlı akvakulturada və yüksəkkeyfiyyətli nərə balığı kürüsünün istehsalında artan rolunu vurğulamağa davam edir.

Ötən il ilk çıxışını edən "Azerbaijan Fish Farm" bu platformadan öz məhsullarını sadəcə təqdim etmək deyil, həmçinin daha genişmiqyaslı missiyanı - məsuliyyətli istehsal və ətraf mühitin mühafizəsini təşviq etmək məqsədilə istifadə edir. Şirkət Xəzər dənizində nərə balığı populyasiyasının mühafizəsi və bərpası ilə bağlı təşəbbüslərdə, o cümlədən körpə balıqların buraxılması, elmi izləmə, eləcə də tədqiqat institutları ilə əməkdaşlıqda fəal iştirak edir.

"Azerbaijan Fish Farm" şirkətinin rəhbəri Nurlan Abdinov bildirib ki, "Seafood Expo Global"da iştirak hər gün həyata keçirilən işi elmi ənənə ilə birləşdirməyi və akvakulturaya məsuliyyətli yanaşmanı paylaşmaq üçün bir fürsətdir:

"Azərbaycanı bu cür mötəbər beynəlxalq platformada təmsil etməkdən qürur duyuruq".

Şirkətin əsası 2017-ci ildə qoyulub, 2018-ci ildə isə Azərbaycanda hələ 1954-cü ildən fəaliyyət göstərən ilk nərə balığı zavodunun özəlləşdirilməsi və tam bərpası şirkət tərəfindən həyata keçirilib. Hazırda şirkət regionun akvakultura sektorunda əsas yeri tutur və kommersiya istehsalının ekoloji məsuliyyətlə necə uyğunlaşa biləcəyi ilə bağlı model rolunu oynayır.

"Seafood Expo Global" hər il dünyanın hər yerindən minlərlə iştirakçını, o cümlədən istehsalçıları, distribütorları, böyük pərakəndə şəbəkələri və əsas diqqəti dayanıqlılığa yönəldən təşkilatları bir araya gətirir. "Azerbaijan Fish Farm"ın bu beynəlxalq tədbirdəki iştirakı Azərbaycanın məsuliyyətli balıqçılığın inkişafına töhfəsini nümayiş etdirməklə tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və ixrac prosesinin inkişaf etdirilməsi üçün yeni fürsətlər yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 May 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri