Icma.az
close
up
RU
Azerbaijan Fish Farm uğurla Seafood Expo Asia 2025 sərgisində təqdim olundu

Azerbaijan Fish Farm uğurla Seafood Expo Asia 2025 sərgisində təqdim olundu

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Qara kürü istehsalında Azərbaycanın aparıcı şirkətlərindən biri olan "Azerbaijan Fish Farm" 2025-ci ildə Sinqapurda keçirilən və Asiya-Sakit okean regionunun ən nüfuzlu tədbirlərindən biri hesab olunan "Seafood Expo Asia" sərgisində artıq ikinci dəfə uğurla iştirak edərək ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil edib.

Bu sərgi dünyanın aparıcı istehsalçılarını, təchizatçılarını və sənaye liderlərini bir araya gətirən, əməkdaşlıq imkanlarının genişləndirilməsi və sektorda baş verən yeniliklərlə bağlı fikir mübadiləsinin aparılması üçün mühüm platformalardan biri kimi tanınır. Məhz bu mötəbər tədbirdə "Azerbaijan Fish Farm" premium brendi "Baku Caviar"la çıxış edərək iştirakçılar arasında böyük maraq doğurub. Bu brend yalnız yüksəkkeyfiyyətli qara kürünü deyil, həm də təkrarolunmaz dadı, çoxillik ənənələri və ekoloji məsuliyyət prinsipinə əsaslanan istehsal modelini özündə birləşdirir.

Şirkət sərgidə təkcə məhsulunu deyil, həm də Xəzər dənizində yaşayan nərə balığının qorunmasına dair uzunmüddətli missiyasını təqdim edib. Belə ki, satılan hər bir kürü bankasına görə dənizə 10 körpə nərə balığının buraxılması təşəbbüsü sərgi iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu təşəbbüs, "Azerbaijan Fish Farm"ın qlobal miqyasda təkcə kürü istehsalçısı deyil, həm də ekoloji dəyərlərin müdafiəçisi kimi mövqeyinin möhkəmlənməsinə töhfə verib.

Sərgi çərçivəsində Asiya bazarında ekoloji cəhətdən təmiz delikates məhsullara olan tələbatın artdığı bir daha müşahidə olundu. "Azerbaijan Fish Farm" nümayəndələri regional distribütorlar və beynəlxalq tərəfdaşlarla məhsuldar görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq üçün yeni imkanlar müəyyən ediblər.

Bu gün "Baku Caviar" sadəcə bir delikates deyil - o, Azərbaycanın təbiətə olan sevgisini və qayğısını, lüks və dayanıqlı istehsal fəlsəfəsi ilə birləşdirən brend kimi dünyaya təqdim olunur. "Seafood Expo Asia 2025" sərgisindəki iştirak isə Azərbaycan kürüsünün beynəlxalq bazarlarda möhkəmlənməsi və yeni coğrafiyalara çıxışı üçün mühüm mərhələyə çevrilib.

Veb-sayt: https://bakucaviar.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri