Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi

Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində tarixi ədaləti bərpa etdi

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan xalqı müstəqillik uğrunda apardığı əzmli mübarizə ilə tarixə “dünyanın xalqı” kimi düşdü. Lakin xalqımızın ikinci böyük milli qürur tarixi heç şübhəsiz 27 sentyabrdır. 27 sentyabr müqəddəs şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyimiz anım günüdür. Təqvimin bu günü müasir tariximizə zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsinin başlanğıcı kimi yazıldı. Şərəfli döyüş yolu tariximizin bütün dönəmlərində xalqımızın alın yazısı olmuşdur. Eyni zamanda bəşəri duyğulara və humanizm prinsiplərinə sadiqlik də bizim üçün bir həyat tərzi, yaşam fəlsəfəsidir və bu da artıq bütün dünyaya bəllidir. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan illərlə bu problemin sülh yolu ilə həllinə çalışdı. Münaqişəsiz, diplomatik yolla ədaləti bərpa etmək üçün səbrlə, təmkinlə səylər göstərdi. Lakin artıq suyu qurumaqda olan gölə bənzəyən işğalçı ölkə bizim barış niyyətimizə yenidən silah gücü ilə cavab verdi, sərhədlərimiz boyu təxribatlar törətdi. Bu durumda isə Azərbaycan öz cavab haqqından istifadə etdi və ədalətin səsinə çevrilən bu cavab sarsıdıcı oldu!Bu dəfə bizimlə düşmənçilik aparanlarla Ali Baş Komandanın rəhbərliyi ilə peşəkar, nizami ordu və bütün Azərbaycan döyüşürdü. Tam gücü və qüvvəsi ilə! Dünyaya səs salan polad biləkli qəhrəman oğullarımızla, mübarək bayrağımıza bükülüb dəfn olunmağı şərəf sayan, dayanmaq bilməyən, qanını Vətənin bütövlüyü uğrunda axıtmağı özünə borc sayan igidlərimizlə. Dumanlı dağların zirvələrindən torpaqlarımızın müdafiəsinə qalxanlar təkcə cəsarətləri ilə torpaqları azad etməklə kifayətlənmədilər. Qəhrəman qardaşlarımız Vətənin müdafəsinə şərqi qoşdular, hər şeydən öncə “Vətən yaxşıdır” söylədilər, səsləri ilə yurda, məmləkətə olan sevgilərini bütün dünyaya nümayiş etdirdilər və özləri dastana çevrildilər, dastan yazdılar. 27 sentyabr dastanı! Bu dastanın adı qalib Azərbaycan oldu. 27 sentyabrdan başlandı bu şərəfli missiya. Gələcəkdə anım günü kimi qeyd edəcəyimiz 27 sentyabr çoxəsrlik tariximizin ən qürurlu, ən doğma günlərindən birinə çevrildi! Milli şərəf və qəhrəmanlıq günü kimi tariximizi bəzəyən bu gündə Azərbaycan sübut etdi ki, biz torpağımızın hər qarışını sevirik və onun qorunması kimi müqəddəs amal uğrunda ölməyə hazırıq.27 sentyabr həm də and günüdür. Bu gün torpaqlarımızı azad etməyi öhdəsinə götürən ordumuz “Şərəfim şöhrətimdir!” şüarı ilə sədaqət andı içdi və canı-qanı bahasına bu müqəddəs amal uğrunda döyüşə atıldı. Bu, sıradan bir savaş deyildi, həm də milli mücadilə, milli mübarizə idi. Tarixin bu günü Azərbaycan “Dəmir yumruq”la bölgədə uzun müddət kök salan terrora və separatizmə sərt üzünü göstərdi. “Ohanyan səddi” ilə qürurlananlar unutmuşdular ki, haqlı işimizdə bütün sədlər qarşımızda cılız görünür və belə də oldu. Cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi düşmənin rüsvayçı, heç vaxt unudulmayacaq məğlubiyyəti ilə yekunlaşdı. Əsrin sonlarındakı kimi bizi məğlub edəcəklərini bildirənlər, hətta Bakını işğalla hədələyənlər, uzun müddət bizimlə düz oturub, əyri danışanlar sonda miskin bir durumda Bakıya gətirildilər. Prezident İlham Əliyevin siyasi və hərbi qətiyyəti sayəsində düşmən bütün cəbhələrdə ağır məğlubiyyətə uğradı və tarixinin ən acı dərsini aldı.Hər daşı yastığımız, hər qarış torpağı varlığımızın nişanəsi olan əziz yurdumuz Azərbaycan qalib gəldi. Düşmən qəhrəman övladlarımızın sarsılmaz iradəsi və gücü qarşısında yıxıldı.Dünya addım səsləri möhtəşəm olan, düşmənə boyun əyməyən, yaralı halda belə al qan içində qürur və qəhrəmanlıqla Vətənin müdafiəsinə qalxan Azərbaycan əsgərinin nə qədər məğrur, nə qədər yenilməz olduğunu gördü. Planetin insanları torpağa sədaqətin, millətə bağlılığın və Vətəni qorumağın əsl mənasını Azərbaycan xalqından öyrəndi.Biz bu şanlı savaşdan sonra dövlət və xalq olaraq ucalıq zirvəsindəyik. Ölkəmizin bütün milli problemləri öz həllini tapıb. Alnıaçıq, üzüağ yaşamaq bizim haqqımız idi və bu haqqı qazandıq. Ali Baş Komandan bizə o ucalığı yaşatdı. O ucalıqda xoşbəxt, bütöv və gülümsəyən Vətən görünür. Vətəni bizə bütöv edən hər kəsin qarşısında dərin şükranlıqla, sonsuz qədirbilənliklə baş əyirik!

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see225

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see191

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see170

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see164

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see157

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see151

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see147

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see143

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see142

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see139

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see138

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see132

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see132

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri