Icma.az
close
up
RU
Azərbaycan 907 ci düzəliş i də tarixin arxivinə göndərməyi bacaracaq

Azərbaycan 907 ci düzəliş i də tarixin arxivinə göndərməyi bacaracaq

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Bu yaxınlarda ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycanla bağlı H.R. 6534 nömrəli qanun layihəsi rəsmi olaraq qeydiyyata alınıb. ABŞ Prezidenti Donald Trampın yaxın dəstəkçilərindən biri, Flordia ştatından olan konqresmen xanım Anna Poulina tərəfindən irəli sürülən və Konqresin Xarici Əlaqələr komitəsinə təqdim olunan bu sənədin məqsədi ABŞ qanunvericiliyində Azərbaycana göstərilən yardımlara qoyulan məlum məhdudiyyətlərin aradan qaldırılmasıdır. Söhbət bədnam "907-ci düzəliş"in (Section 907) ləğvi təklifindən gedir. “Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvi haqqında” adlı sözügedən qanun layihəsinə əsasən, "Azadlığı Müdafiə Aktı" çərçivəsində tətbiq edilən məşhur "907-ci düzəliş"in tamamilə ləğv edilməsi nəzərdə tutulur.
Bildiyimiz kimi məhz bu ədalətsiz maddənin nəticəsində istər ərazilərimizin işğala məruz qaldığı müstəqilliyimizin ilk dövründə, istərsə də sonrakı uzun illər ərzində ABŞ hökumətinin Azərbaycana birbaşa dövlət yardımı göstərməsi məhdudlaşdırılmışdı. Həmin vaxt işğalçı Ermənistanın deyil, işğala məruz qalan Azərbaycanın belə bir embarqo ilə üzləşməsi beynəlxalq münasibətlərdəki haqsızlığın və ikili siyasətin ən bariz təzahürü idi. Ermənipərəst konqresmenlərin səyləri nəticəsində qəbul edilən "907-ci düzəliş" 1990-cı illərin əvvəllərindən etibarən ABŞ–Azərbaycan münasibətlərinin normal inkişafına hər zaman mane olub. Lakin Azərbaycan diplomatiyasının ardıcıl və qətiyyətli mövqeyi sayəsində Ağ Ev müxtəlif administrasiyalar dövründə "907-ci düzəliş"in tətbiqini müvəqqəti istisnalarla dəfələrlə dayandırıb.
A.Poulinanın təqdim etdiyi qanun layihəsində də Konqresin mövqeyi belə əsaslandırılır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ və onun müttəfiqləri üçün etibarlı tərəfdaş kimi çıxış edib və həm sülh, həm də müharibə dövrlərində kritik əməkdaşlıq göstərib. Layihədə həmçinin o da vurğulanır ki, Azərbaycan Cənubi Qafqazda sülhün prioritet elan olunmasına sadiqlik nümayiş etdirib və regionda sülh razılaşmasına nail olunub, tərəflərin sərhədləri və ərazi bütövlüyü razılaşdırılıb. ABŞ-ın hazırkı Prezidenti Donald Trampın iştirakı ilə bu ilin avqustun 8-də Azərbaycan və Ermənistan rəhbərləri tərəfindən Vaşinqtonda sülh sazişi paraflanıb. Eləcə də məhz rəsmi Bakının davamlı sülhsevər siyasətinin nəticəsində regional kommunikasiyalar bərpa olunub, Azərbaycan vasitəsilə Ermənistana yükdaşımalar yenidən həyata keçirilməyə başlanıb.
Bu gün Azərbaycanla Ermənistan arasında sülh və normallaşma prosesinin davam etdiyi, kommunikasiyaların açılmağa başladığı, ticarət əlaqələrinin mərhələli şəkildə bərpa edilməsi istiqamətində intensiv iş aparıldığı bir şəraitdə, "907-ci düzəliş"in hələ də qüvvədə qalması həqiqətən də absurd təsir bağışlayır. Hər kəsə aydındır ki, ABŞ dövlətinin “Azadlığa dəstək aktı”na daxil edilmiş "907-ci düzəliş" tamamilə fərqli tarixi və geosiyasi şəraitdə qəbul edilib. Bu gün isə bölgədə yeni reallıqlar formalaşıb. Həmin düzəliş Cənubi Qafqazda baş verən hazırkı geosiyasi dəyişikliklər fonunda öz aktuallığını artıq tamamilə itirib və bugünkü regional reallıqlarla qətiyyən uzlaşmır. Odur ki, yeni reallıq yeni siyasi qərarların qəbul edilməsini tələb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu hərb və sülh diplomatiyasının nəticəsində bu gün ABŞ rəhbərliyi də "907-ci düzəliş"in tam ləğvinin zəruriliyini qəbul edir. Belə ki, Prezident Tramp da özü artıq bu düzəlişin ləğvinin tərəfdarı olduğunu bəyan edib. Bu da bir daha onu göstərir ki, 1992-ci ildəki reallıqlarla 2025-ci ildəki dövlətimizin güc və təsir imkanları tam olaraq bizim xeyrimizə dəyişib. "907-ci düzəliş"in 33 ildən sonra həmişəlik ləğvi üçün əlverişli siyasi şərait yetişib. Ən əsası isə, hazırda Cənubi Qafqazda artıq yeni müharibə riski yoxdur. Geosiyasi gərginlik və qarşıdurma riski dialoq və qarşılıqlı anlaşma mərhələsi ilə əvəzlənib. İrəvan və Bakı arasında qurulan birbaşa təmaslar indi Cənubi Qafqazda yeni siyasi mühit formalaşdırıb. Belə bir şəraitdə bu gün “907-ci düzəliş”in saxlanılması nə hüquqi, nə də mənəvi baxımdan heç bir perspektiv daşımır.
Artıq hamıya gün kimi aydındır ki, “907-ci düzəliş”i tamamilə ləğv etməyin vaxtı çatıb.
Yeni qanun layihəsinin qəbul olunacağı təqdirdə "907-ci düzəliş"ə tam xitam verilməsi, həmçinin mövcud reallıqlar fonunda ABŞ- Azərbaycan münasibətlərinə də ciddi təsir göstərəcək. Belə ki, “Azərbaycana yardımla bağlı məhdudiyyətlərin ləğvi haqqında” adlı sənədin Konqresin gündəminə çıxarılması ABŞ–Azərbaycan münasibətlərində yeni siyasi mərhələnin başlanmasına yol açır və eyni zamanda, Vaşinqtonun regiondakı geosiyasi prioritetlərinin Azərbaycanın xeyrinə dəyişdiyini göstərir. 33 illik xoşagəlməz tarixçəsi olan "907-ci düzəliş"in tamamilə ləğv edilməsi regionda baş verən münasibətlər fonunda sözsüz ki, ən düzgün addım olardı. Azərbaycan Minsk qrupunun ləğvinə nail olduğu kimi, "907-ci düzəliş"i də tarixin arxivinə göndərməyi bacaracaq.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Dekabr 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri