Icma.az
close
up
RU
Hulusi Kılıç: 907 ci düzəliş “Tarixin zibilliyi”nə atılmalıdır

Hulusi Kılıç: 907 ci düzəliş “Tarixin zibilliyi”nə atılmalıdır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 26 dekabr, AZƏRTAC

ABŞ Konqresi tərəfindən 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmiş “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş, nəhayət, “Tarixin zibilliyi”nə atılmalıdır.

Bu fikri Türkiyənin Azərbaycandakı keçmiş səfiri, Türkiyədə “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin nümayəndəsi Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə dialoq və səylər fonunda belə bir düzəlişin olması elementar məntiqə ziddir.

O qeyd edib ki, Bakıya münasibətdə qərəzli qərar ABŞ qanunvericiləri tərəfindən Azərbaycan ərazilərinin bir hissəsinin erməni işğalı altında olduğu, yüz minlərlə azərbaycanlının isə qaçqın və məcburi köçkünə çevrildiyi dövrdə qəbul edilib. “Təcavüz və işğalla qarşılaşan ölkəyə qarşı məhdudiyyətlərin tətbiq edilməsinin özü həddindən artıq subyektivliyin və ədalətsizliyin təzahürü oldu”, - deyə H.Kılıç Qarabağ münaqişəsinin başa çatması ilə Bakı ilə İrəvan arasında möhkəm sülh üçün imkanların formalaşdığını, bunun isə 907-ci düzəlişin gündəmdə saxlanılmasını absurd etdiyini bildirib.

İMZA birliyinin nümayəndəsi Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünü xatırladıb. Bildirib ki, bu görüş çərçivəsində Ağ Evdə sülh sazişi paraflanıb və ABŞ Prezidentinin iştirakı ilə dövlət başçıları əlaqələrin normallaşdırılması prosesinə sadiq olduğunu bəyan ediblər.

H.Kılıç 907-ci düzəlişi həm Cənubi Qafqazda münasibətlərin normallaşmasına, həm də Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrə xələl gətirən “keçmişin rudimenti” adlandırıb. “Ağ Evin rəhbəri Donald Trampla Azərbaycan Prezidenti İlham Əliyev arasında dostluq münasibətləri hamıya məlumdur. Yaranmış vəziyyətdə ən doğru qərar Amerika lideri administrasiyası tərəfindən ABŞ Konqresinə 907-ci düzəlişin tam ləğv edilməsi təklifinin göndərilməsi görünür”, - deyə o qeyd edib ki, anti-Azərbaycan düzəlişinin mövcudluğu da Cənubi Qafqazda mövqelərinin TRİPP layihəsi vasitəsilə möhkəmləndirilməsinə səy göstərən ABŞ-ın özünün maraqlarına zidddir.

H.Kılıçın sözlərinə görə, Amerika qanunvericiliyinə görə, ABŞ Prezidenti Vaşinqtonun siyasətinə zidd olan qərarların ləğvi təşəbbüsünü başlatmaq hüququna malikdir: “Donald Trump bu hüquqdan ən qısa müddətdə istifadə etməli və Azərbaycana qarşı ədalətsizliyi aradan qaldırmalı, Cənubi Qafqazda sülhə təhdid amilini aradan qaldırmalıdır”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Dekabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri