Icma.az
close
up
RU
Azərbaycan ABŞ dən dronlar, raketlər, mərmilər ala biləcək

Azərbaycan ABŞ dən dronlar, raketlər, mərmilər ala biləcək

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Azərbaycana gəlib və ölkə başçısı İlham Əliyevlə görüşüb. Tərəflər arasında Strateji Tərəfdaşlıq Xartiyası imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Cey Di Vensin imzaladığı Strateji Tərəfdaşlıq Xartiyasının mətnində qeyd olunub ki, ABŞ Azərbaycanla müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək niyyətindədir.

Bu baxımdan tərəflər müdafiə sənayesi məhsullarının satışı da daxil olmaqla, müdafiə və təhlükəsizlik əməkdaşlığının əhatə dairəsini genişləndirmək və terrorizm təhdidinə qarşı birgə mübarizə aparmaq öhdəliklərini nəzərə alaraq, mövcud antiterror əməkdaşlığını genişləndirmək niyyətindədirlər.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycana ABŞ katerlərinin veriləcəyi bildirilib. Daha hansı silahların ABŞ-dən alacağı diqqətçəkən nüansdır.

Modern.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın ABŞ-dən daha hansı silahları alacağı ilə bağlı bunları deyib:

“Təbii, 907-ci düzəlişin aradan qalxması da artıq zaman məsələsidir. Bütün proseslər onu göstərir ki, Azərbaycan ilə ABŞ terrorçuluğa qarşı mübarizə, müdafiə, hərbi, hərbi texniki sahədə əməkdaşlıq etmək niyyətindədirlər. Strateji əməkdaşlıq xartiyası da imzalanıbsa, artıq 907-ci düzəliş aradan qaldırıldıqdan sonra Azərbaycan ilə ABŞ arasında istənilən sahədə əməkdaşlığa heç bir əngəl qalmır. Azərbaycan ilə ABŞ əvvəllər də bir çox sahələrdə, o cümlədən  sülhməramlı fəaliyyətlər sahəsində birgə əməkdaşlıq ediblər. Bu, əməkdaşlığın nəticələri ABŞ tərəfindən daim müsbət qiymətləndirilib. Belə olan halda Azərbaycan daha çox ABŞ-dən hazır məmulatlar əvəzinə texnologiya transferinə və birgə istehsal sahələrinin yaradılmasına üstünlük  verəcək. Katerlərin alınmasına gəldikdə, daha əvvəl də biz ABŞ-dən katerlər əldə etmişik. Hətta 2018-ci ildə paradda Bakı səmasında ABŞ istehsalı olan helikopterlər uçurdu. Sadəcə Bayden administrasiyası zamanı bu əməkdaşlığa böyük zərbə vuruldu. Münasibətlər pozuldu, əlaqələr kritik həddə gəlib çıxmışdı. Nə yaxşı ki, ABŞ ilə əlaqələr bərpa olunur. Yaxın illərdə biz Azərbaycan ilə ABŞ arasında birgə müəssiəsələrini qurulması, ABŞ şirkətlərinin ölkəmizə gəlməsi, beləliklə də həm iş yerlərinin açılması, həm texnoloji transfer, həm də kadrların yetişdirilməsi sahəsində müsbət dəyişikliklər görəcəyik”.

Ekspert Azərbaycanın ABŞ ilə hansı silahların istehsalı üzrə birgə əməkdaşlıq edəcəyindən də bəhs edib:

“Biz müasir bazarın tələblərinə uyğun məhsullar istehsal etməliyik. Əməkdaşlıq daha geniş miqyası əhatə etməlidir. Dünyanın bu gün ən böyük şirkətləri sırasında ilk 5-lik ABŞ-yə məxsusdur. Söhbət 100 milyardlarla vəsaitdən gedir. Belə imkanlara malik ABŞ ilə daha çox müasir bazarın tələb etdiyi silahlarla bağlı əməkdaşlıq edə bilərik. Buna misal olaraq sürü şəklində olan dronları, süni intellektlə idarə edilən silah sistemlərini, raketləri, çox tələb olunan hava hücumundan müdafiə sistemlərini, artilleriya sursatlarını göstərmək olar".

Ekspert ABŞ-dan müasir silah almaq üçün illərlə gözləyən ölkələrin olduğunu deyib.

"Bu silahlara tələb artıb və bu silahları almaq üçün 10 ildən çoxdur qapıda gözləyən müştərilər var. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə davam edən münaqişələr bir çox ölkələrinin sursat ehtiyatlarının və onların anbarlardakı toxunulmaz sursat miqdarını zəiflədib. Sursat qıtlığını aradan qaldırmaq lazımdır. Çünki görünür, dünyada hələ də münaqişələr davam edir və davam edəcək. Ona görə də, bu sursatların yerini doldurmaq lazımdır. Bunun üçün də niyə avtomat istehsal edək ki? Avtomobillə artıq dünyanın təəccübləndirmək mümkün deyil. Həm İsrail, həm Türkiyə, həm ABŞ, həm Pakistan, həm də Avropa ölkələri ilə münasibətlərimiz imkan verir ki,  biz Vətən Müharibəsində əldə etdiyimiz qələbənin müsbət təcrübələrini həmin silahlarda tətbiq edib dünyaya təqdim edək. Bu, daha böyük dividendlər gətirəcək. Dediyim sahələrdə ABŞ-lə əməkdaşlıq ediləcək. Əməkdaşlıq uzunmüddətli olacaq, çünki artıq Xartiya imzalanıb.  Bundan nə ABŞ, nə də başqaları geri çəkilə bilər. Ortada imza var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Fevral 2026 13:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see296

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see295

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see275

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see272

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see261

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see259

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see250

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see243

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see236

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see232

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see232

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see232

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see230

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see215

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see212

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see210

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see202

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see202

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see192

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri