Icma.az
close
up
RU
Azərbaycan ABŞ dən hansı hərbi vasitələri ala biləcək? Ekspert açıqladı

Azərbaycan ABŞ dən hansı hərbi vasitələri ala biləcək? Ekspert açıqladı

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

8 avqust tarixli Vaşinqton görüşü ABŞ Prezidenti Donald Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin dondurulması ilə əlamətdar olub. Azərbaycan-ABŞ münasibətlərində keçmişin mənfi mirası olan 907-ci düzəlişin tətbiqinin ABŞ Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində dayandırılması əhəmiyyətli rəmzi məna daşıyıb.

Məhz bundan sonra Azərbaycan ABŞ-dən müxtəlif sənaye məhsulları ala biləcək.

“Bu o demək deyil ki, Azərbaycan ABŞ-dən hər şeyi almalıdır”

Modern.az-a açıqlamasında təhlükəsizlik eksperti İlham İsmayıl bildirib ki, ABŞ hərbi sənaye kompleksi rəngarəngdir və böyükdür.
"Lakin bu o demək deyil ki, Azərbaycan oradan hər şeyi almalıdır. Təbii ki, Azərbyacan dövləti, müdafiə qabiliyyəti, təhlükəsizliyi üçün zəruri olan və başqa dövlətlərdən ala bilmədiyi sənaye məhsullarını ABŞ-də varsa, əldə edə bilər. Bu, indiki  müasir müharibələr dövründə ən çox hava hücumundan müdafiə sistemləri ilə bağlıdır. Eyni zamanda bizi təhdid edən bəzi dövlətlər Xəzər donanmasına Azərbaycanın zəif bəndi kimi baxırlar. Odur ki, donanma ilə bağlı müəyyən hərbi müdafiə qabiliyyəti olan məhsulların alınması da vacib ola bilər. Ümumiyyətlə, hansı detalları, nəyi almaq kimi məlumatlar məxfidir”.

Azərbaycan hər şeyi ölçüb-biçəcək

Ekspert vurğulayıb ki, ən əsas məsələ 907-ci düzəliş amilinin ləğv olunması və ABŞ-la Azrbaycan arasında əməkdaşlığın yaranmasıdır:

“Azərbaycan ölçüb-biçəcək və öz təhlükəsizliyini və müdafiə qabiliyyətini artıran hansı məhsullar varsa, onu təbii ki, ABŞ-dən ala bilər. Biz İsraildən, Türkiyədən, Pakistandan da silahlar almışıq. Elə hərbi məhsullar, elə komplekslər var ki adlarını çəkdiyim ölkələrdə yoxdur, yalnız ABŞ-də var. Azərbaycan onu ala bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Optimal Electronika”nın böyük məbləğdə vergi borcu yığılıb

26 İyun 2026 22:42see221

Qondarma erməni soyqırımını tanımaq üçün qətnamə hazırladı

26 İyun 2026 07:42see216

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

27 İyun 2026 04:52see208

24 illik həsrət sona çatdı Türkiyənin DÇ dəki ilk qolu

26 İyun 2026 06:23see204

Kadir İnanır vəfat etdi

26 İyun 2026 19:30see201

"Özəl klinikaları zəiflətmək Azərbaycan səhiyyəsinə zərbədir" Tanınmış cərrah VİDEO

26 İyun 2026 15:13see190

Mbappe DÇ 2022 nın yarımfinalından bəri ilk dəfə mundial matçında qol vurmayıb

27 İyun 2026 07:15see189

“Qarabağ” “Tirol” oyunu hansı kanalda nümayiş olunacaq?

27 İyun 2026 16:03see188

Leysan olacaq, dolu düşəcək XƏBƏRDARLIQ

27 İyun 2026 09:42see188

İspaniya Uruqvaya qarşı Yenilənir

27 İyun 2026 02:43see186

DÇ 2026: Niderland qrup lideri oldu, pley offda rəqib Mərakeşdir

26 İyun 2026 05:33see186

DÇ 2026: İspaniya və Kabo Verde yığmaları pley offda

27 İyun 2026 08:04see183

Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”

26 İyun 2026 16:03see173

Müharibədə təşəbbüsün Rusiyaya məxsus olduğu mərhələ başa çatdı Polşa

27 İyun 2026 14:24see168

Sosial mediada yayılan maqnezium spreyi trendi Ekspert xəbərdarlığı

26 İyun 2026 23:05see168

Rusiyanın “yuxusunu ərşə çəkən” adam milyonçu “Madyar“ kimdir...

27 İyun 2026 16:17see168

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

27 İyun 2026 00:48see158

Özbəkistanda keçirilən Muğam Sənəti Festivalında Azərbaycandan gələn hər iki qrup ayrılıqda birinci mükafata layiq görülüblər

27 İyun 2026 00:20see153

NIPT testi: Körpənin genetik sağlamlığını qiymətləndirən müasir analiz

26 İyun 2026 22:43see150

Azərbaycan: Xalq ordu dövlət birliyinin ən yaxşı nümunəsi

26 İyun 2026 11:42see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri